MƏDƏNİYYƏT
Dünyada “qaraçı kralları” kimi tanınan məşhur qrup Bakıda çıxış edəcək VİDEO
Bakı, 19 avqust (AZƏRTAC). Dünyada “qaraçı kralları” kimi tanınan məşhur “Los Reyes Gipsy Kings” qrupu sentyabrın 13-də Bakıda çıxış edəcək.
AZƏRTAC xəbər verir ki, qrup paytaxtımızda uzun illərdir dünya səhnələrində oxuduğu ən məşhur hitlərini təqdim edəcək. Təşkilatçılar sürpriz də vəd edirlər.
Qrupu tanınmış flamenko ifaçısı Xose Reyesin övladları Nikolas və Andre Reyes qardaşları yaradıblar. Onlar qohumları Jak, Moris və Tonino Balyardonu da qrupa cəlb ediblər.
Müasir pop musiqisinin ritmlərini və elementlərini öz bəstələrinə gətirdikdən sonra qrupun taleyində köklü dəyişikliklər olub. “Djobi Djoba” və “Bamboleo” kimi mahnılar qrupun vizit kartına çevrilib. Onların ən vacib cəhətləri yüksək ifaçılıq qabiliyyəti, ehtiras və tükənməyən musiqi sevgisidir.