DÜNYA


Dünyada terror aktlarının sayında azalma müşahidə olunur

Berlin, 20 iyul, AZƏRTAC

2016-cı ildə “İraq İslam Dövləti”nin silahlıları tərəfindən törədilən terror aktlarının sayı çoxalsa da, dünyada terror aktlarının ümumi sayı, habelə terror hücumları qurbanlarının sayı azalıb. Almaniya KİV-lərinin yaydığı xəbərə görə, bu barədə məlumat ABŞ Dövlət Departamentinin bu gün Vaşinqtonda açıqladığı “Terrorizm haqqında illik hesabatı”nda yer alıb. Sənəddə göstərilir ki, keçən il dünyada terror aktlarının sayı 9 faiz (11072-dək), terror hücumları nəticəsində ölənlərin sayı isə 13 faiz (25621-dək) azalıb.

Məruzənin müəllifləri bunu ilk növbədə Əfqanıstan, Suriya, Nigeriya, Pakistan və Yəməndə terror aktlarının sayının azalması ilə izah edirlər. Eyni zamanda, Konqo Demokratik Respublikası, İraq, Somali, Cənubi Sudan və Türkiyədə (PKK terror təşkilatı tərəfindən) terror hücumlarının sayı çoxalıb.

Əfqanıstan ərazisində terror aktlarının sayı azalsa da (1340 hücum), ölkə bu göstəriciyə görə İraqdan sonra ikinci yerdədir. İraqda 2965 terror aktı törədilib. İlk beşliyə, həmçinin Hindistan, Pakistan və Filippin daxildir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.