CƏMİYYƏT


Dünyada uşaqların yarısı piylənmə təhlükəsi ilə üz-üzədir

Bakı, 2 avqust, AZƏRTAC

Alimlər cari ilin əvvəllərində dünya əhalisinin 76 faizdən çoxunun piylənmədən əziyyət çəkəcəyini bildirmişdilər. Hazırda araşdırmalarını 30 inkişaf etmiş ölkə üzrə davam etdirən elm adamları 18-65 yaşlı kişilərin 90, uşaqların isə 50 faizinin piylənmə təhlükəsi ilə üzləşə biləcəkləri qənaətinə gəliblər.

AZƏRTAC “Frontiers in Public Health” jurnalına istinadla xəbər verir ki, həmin ölkələrdə qadınların 80 faizi piylənmədən əziyyət çəkir. Bu problem xüsusilə ABŞ və Yeni Zelandiyada, eləcə də insanların sağlam olduğu düşünülən İslandiya və Yunanıstanda geniş vüsət almağa başlayıb.

Piylənmə, xüsusən qarın nahiyəsindəki yağlar xroniki xəstəlik riskinin, ölüm nisbətinin artması, həyat keyfiyyətinin azalması ilə əlaqələndirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.