DÜNYA


Dünyanın 150 ölkəsində 200 min kompüterə “WannaCry” virusu düşüb

Bakı, 15 may, AZƏRTAC

Dünyanın 150 ölkəsində 200 min kompüterə “WannaCry” virusu düşüb.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bunu Aİ-nin Polis Təşkilatı Müdiri Rob Veynrayt deyib. Bildirib ki, əsasən böyük şirkətlər kiberhücuma məruz qalıb.

R. Veynrayt bildirib ki, dünya getdikcə böyüyən təhlükə ilə qarşı-qarşıyadır. Hücuma məruz qalanların sayı durmadan artır. Hücumu həyata keçirənlər isə hələlik məlum deyil. R.Veynrayt qeyd edib ki, kiberhücumun qarşısının alınması istiqamətində işlər davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.