DÜNYA


Dünyanın 40 ölkəsindən olan 550 tələbə Türkiyədə qonaq olacaq

A+ A

Bakı, 18 iyul, AZƏRTAC

Türk mədəniyyətinin tanıdılması istiqamətində əhəmiyyətli layihələrə imza atan Yunus Əmrə İnstitutu bu il türkcə təhsilinə davam edən 550-dək tələbəni Türkiyədə qonaq edəcək.

AZƏRTAC Anadolu xəbər agentliyinə istinadla məlumat verir ki, Yunus Əmrə İnstitutunun rəhbəri professor Şərəf Atəş dünyanın müxtəlif şəhərlərindən olan tələbələrin iştirakı ilə baş tutacaq bu ziyarətin yaxın vaxtlarda reallaşaçağını bildirib.

Ş. Atəş deyib: “Yaxın vaxtlarda 40 ölkədən 550 tələbəni qonaq edəcəyik. Bir ay ərzində 18 fərqli yerdə türkcə təhsil alacaqlar. Eyni zamanda layihə çərçivəsində mədəni proqramlar da təşkil olunacaq”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.