SİYASƏT


Dünyanın aparıcı xəbər agentliklərinin rəhbərləri Azərbaycana toplaşacaq

A+ A

Bakıda keçiriləcək Dünya Xəbər Agentliklərinin V Konqresində və Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının XVI Baş Assambleyasında Yonhap xəbər agentliyinin prezidenti Park No-hvanq da iştirak edəcək

Seul, 31 oktyabr, AZƏRTAC

Dünyanın aparıcı xəbər agentlikləri sürətlə dəyişən zəmanəmizdə medianın aktual problemlərini müzakirə etmək üçün Azərbaycanın paytaxtı Bakıda toplaşacaq.

Bu barədə Azərbaycanın Koreya Respublikasındakı səfiri Rəmzi Teymurovun Yonhap xəbər agentliyinin prezidenti Park No-hvanq ilə görüşündə məlumat verilib.

Görüş zamanı ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə inkişafından məmnunluq ifadə edilib, əlaqələrimizin iqtisadi, siyasi, mədəni sahələr də daxil olmaqla geniş spektri əhatə etdiyi vurğulanıb. Əlaqələrin daha da genişləndirilməsi fonunda Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC ilə Koreya Respublikasının Yonhap agentliyi arasında əməkdaşlığa dair ötən il imzalanmış sazişin əhəmiyyəti qeyd edilib.

Park No-hvanq noyabrın 16-18-də Bakıda keçiriləcək Dünya Xəbər Agentliklərinin V Konqresinin, həmçinin Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının XVI Baş Assambleyasının (OANA) iclaslarında iştirak edəcəyini və Azərbaycana səfərini səbirsizliklə gözlədiyini deyib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Seul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.