DÜNYA


Dünyanın ən “ağıllı” şirkətlərinin reytinqi dərc olunub

Bakı, 3 iyul, AZƏRTAC

“MIT Technology Review” nəşri dünyanın ən “ağıllı” - fəaliyyətində innovativ texnologiyaları və biznesin aparılması üzrə effektiv modeli daha yaxşı birləşdirən şirkətlərin reytinqini dərc edib.

AZƏRTAC xəbər verir ki, məlumata görə, birinci yeri “Nvidia” qrafik sürətləndiricisi və prosessorlar istehsalçısı tutub. Sonrakı yerlərdə “SpaceX” kosmik texnika istehsalçısı, “Amazon” internet mağazası və “23andMe” bioloji şirkəti qərarlaşıb.

Liderlər beşliyini “Google” axtarış sisteminin sahibi “Alphabet” holdinqi tamamlayıb. Həmçinin siyahıda “Intel” (13-cü yer), “Apple” (16-cı yer), “Facebook (23-cü yer), “Microsoft” (27-ci yer), “Tesla” (31-ci yer), “Foxconn” (33-cü yer), “Adidas” (38-ci yer), “IBM” (39-cu yer), “Alibaba” (41-ci yer), “HTC” (42-ci yer) və “Baidu” (50-ci yer) şirkətləri yer alıb.

Reytinqdə əsasən, ABŞ, Çin və Avropa şirkətləri təmsil olunub. 50 aparıcı şirkət siyahısına, həmçinin Argentina (MercadoLibre onlayn mağazası), Nigeriya (Jumia internet platforması) və Keniya (günəş elektrikləşdirmə sistemlərinin satışı ilə məşğul olan M-KOPA şirkəti) şirkətləri də daxil olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.