DÜNYA


Dünyanın ən ağırçəkili qadını müalicə üçün Hindistana gətiriləcək

Bakı, 10 fevral, AZƏRTAC

Xəstəlik səbəbindən 500 kiloqram çəkisi olan dünyanın ən kök qadını misirli İman Əhməd Abdulati Hindistanın Mumbay şəhərində müalicə alacaq.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, İsgəndəriyyə şəhərinin 36 yaşlı sakini “fil xəstəliyi” və “vəzi qüsuru” xəstəliyindən əziyyət çəkir. O, insult keçirib və yataqdan qalxa bilmir.

Ötən ilin sonlarında bariatrik və laparoskopik cərrahiyə üzrə ixtisaslaşan mumbaylı həkim Müffəzəl Lakdavala qadının vəziyyəti ilə tanış olub və ona kömək etmək qərarına gəlib. Qaydalara görə, Abdulati konsulluğa müsahibəyə gələ bilmədiyindən Hindistanın xarici işlər naziri Suşma Svarac onun sənədlərinin qeydiyyatına və viza almasına yardım edib.

Fevralın 11-də Abdulati “Egyptair” aviaşirkətinin pasientin nəqli üçün modifikasiya olunmuş “Airbus 300-600” təyyarəsi ilə Mumbay şəhərinə gətiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.