DÜNYA
Dünyanın ən böyük "Fintech-hub"u Sinqapurda açılacaq
Bakı, 22 sentyabr, AZƏRTAC
Bu ilin noyabrında dünyanın ən böyük "Fintech-hub"u Sinqapurun mərkəzi işgüzar rayonunda açılacaq.
AZƏRTAC psm7.coma istinadla xəbər verir ki, şəbəkənin yaradılması ilə Asiyanın İnvestisiya Qrupu "MarvelStone" məşğuldur. Sahəsi 2,7 min kvadratmetr olan binada təhsil proqramlarının və tədbirlərin keçirilməsi üçün ərazi ayrılacaq. Ənənəvi maliyyə şirkətləri burada innovasiyaların tətbiqi üzrə məsləhətlər də ala biləcəklər.
Mərkəzin məqsədi mövcud şirkətlərin və maliyyə institutlarının dəstəklənməsi, yeni texnologiyaların və maliyyə infrastrukturunun inkişafına yönəldilmiş birgə dövlət proqramlarının yaradılmasıdır.
"MarvelStone" şirkətinin başçısı Co Senqhyun Ço deyib ki, təmsil etdiyi İnvestisiya Qrupu layihənin hazırlanmasında Sinqapurun Valyuta İdarəsi ilə əməkdaşlıq edir. Yeni şəbəkə digər regional mərkəzlərlə, o cümlədən Londonda "Level 39", Avstraliyada "Stone&Chalk", İsraildə "The Floor" ilə sıx əməkdaşlıq edəcək. Onlar birlikdə qlobal Fintech-infrastrukturunun yaradılması ilə məşğul olacaqlar.
Qeyd edək ki, bununla yanaşı, London dünyanın "FinTech" paytaxtı olaraq qalacaq.