DÜNYA


Dünyanın ən böyük investisiya fondu yaradılır

A+ A

Bakı, 17 oktyabr, AZƏRTAC

Yaponiyanın “Softbank”ı Səudiyyə Ərəbistanı ilə birgə tərəfdaşlığı çərçivəsində “Softbank Vision Fund” investisiya texnoloji fondunun yaradılmasını elan edib.

AZƏRTAC “banks.eu” saytına istinadla xəbər verir ki, bu, gələcəkdə yüksək texnologiyalar sektorunda ən böyük fond olacaq. “Softbank” fonda 2021-ci ilədək təxminən 25 milyard dollar investisiya qoymağı planlaşdırır. Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu isə 5 il ərzində 45 milyard dollar məbləğində sərmayəni nəzərdən keçirir. Yayda Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu “Uber” şirkətinə 3,5 milyard dollar investisiya yatırıb.

Yaponiya bankı fondun nizamnamə kapitalını 100 milyard dollaradək artırmaq məqsədilə dünyanın bir neçə iri investorları ilə danışıqlar aparır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.