DÜNYA
Dünyanın ən böyük ticarət-əyləncə kompleksi VİDEO
Bakı, 20 avqust (AZƏRTAC). “Dubai Holding” kompaniyası nəhəng ticarət-əyləncə kompleksinin yaradılması ilə bağlı planlarını açıqlayıb.
Kompleksin daxilində dünyada ən böyük ticarət mərkəzinin, ailəvi tematik parkın və 20 min nömrəlik otelin tikintisi nəzərdə tutulur. Bundan əlavə, kompleksdə Nyu-York şəhərinin məşhur Brodvey rayonuna bənzər böyük teatr meydanı, mədəniyyət mərkəzi və müasir səhiyyə müəssisələrinin çoxluq təşkil etdiyi rayon salınacaq.
Yay aylarında isə kompleksin üzəri xüsusi damla örtülərək içəridə temperatur tənzimlənəcək və insanlar üçün rahat şərait yaradılacaq. Bu, eyni zamanda dünyada temperaturu tənzimlənən ilk şəhər olacaq.
Layihə müəlliflərinin əsas məqsədi yayı həddən-ziyadə isti keçən Birləşmiş Ərəb Əmirliyinə turistlərin il boyu gəlişini təmin etməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.08.2023 [04:38]
Antarktidada 20 qolu olan çiyələyə bənzər dəniz canlısı kəşf edilib
- 14.07.2023 [13:43]
Ölü balinanın mədəsində 500 min avro dəyərində “üzən qızıl” tapılıb
- 05.07.2023 [20:47]
Alim ölü kaşalotun içərisində 500 min avro dəyərində xəzinə aşkar edib
- 24.06.2023 [18:40]
Dünyanın ən hündür göydələnləri
- 16.06.2023 [14:00]
Kaliforniyalı Maks Park kubik-rubiki 3,13 saniyəyə yığıb
- 08.06.2023 [17:51]
Alimlərin yeni tapıntısı: Neandertallar ov alətlərini necə yapışdırırdı?
- 22.05.2023 [12:43]
Bakı Zooloji Parkında ayının doğum günü qeyd olunub
- 29.04.2023 [17:42]
Misirli ekspertlər Kleopatranın irqi ilə bağlı mübahisələri qiymətləndirib
- 15.04.2023 [14:18]