DÜNYA


Dünyanın ən böyük ürəyi Toronto muzeyində sərgilənir

Bakı, 11 avqust, AZƏRTAC

Kanadanın Ontario əyalətində yerləşən Kral muzeyində 180 kiloqram çəkisi olan ürək sərgilənir. Bu həyati vacib orqan göy balinaya məxsusdur və dünyanın ən böyük ürəyi hesab olunur.

AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, bu orqan 2014-cü ildə Kanadanın Nyufaundlend və Labrador əyalətlərinin sahillərində tapılan iki nəhəng göy balinalardan birinə məxsusdur. Almaniyalı alimlər bu ürəyi olduğu kimi saxlamaq üçün müəyyən prosedurlar həyata keçiriblər. Çürüməsinin qarşısını almaq üçün, muzeyin əməkdaşları ürəyin bioloji parçalarını qətran və polimerlərlə əvəz ediblər.

Dünyanın ən böyük ürəyinə sentyabrın 4-dək baxmaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.