DÜNYA


Dünyanın ən böyük və şəffaf displeyi yaradılıb

Bakı, 23 iyun, AZƏRTAC

Cənubi Koreyanın “LG Display” şirkəti dünyada ən böyük elastik və şəffaf displey yaradıb.

AZƏRTAC xəbər verir ki, şirkətin yaydığı məlumata görə, 77 düymlük yeni displey 3840x2160 piksel təsvir ölçüsü, 40 faiz şəffaflıq əmsalı və 80 millimetrlik əyrilik radiusuna malikdir.

“LG Display” şirkətinin rəsmiləri hesab edirlər ki, yeni həll müxtəlif sahələrdə tətbiq ediləcək. Məsələn, belə displey rəqəmli tablo, intellektual iş stolları, avtomobillər üçün informasiya-əyləncə sistemləri, artırılmış reallıq qurğularında istifadə edilə bilər. Texnologiyanın kommersiya istifadəsi haqda məlumat yoxdur.

Bu şirkət maliyyə dəstəyi 126,2 milyard von (110 milyon dollar) olan “Future Flagship Program” dövlət proqramı çərçivəsində elastik və şəffaf displeylər hazırlayır. Ölkənin Sənaye Nazirliyinin tapşırığı əsasında “LG Display” 2012-ci ildən bu layihəyə rəhbərlik edir. Həmin vaxtdan “LG” şirkəti dəfələrlə öz uğurları haqda məlumat verib. Şirkət 2014-cü ildə dünyada ilk 18 düymlük elastik “OLED” ekran və eyni ölçülü şəffaf panel yaradıb. 2015-ci ildə “LG” öz həllini təkmilləşdirərək bükülə bilən 18 düymlük ekran nümayiş etdirib. 2015-ci ildə Cənubi Koreya nəhəngi 40 faiz şəffaflıq əmsalına malik 55 düymlük şəffaf ekran təqdim edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.