CƏMİYYƏT


Dünyanın ən çirkli yeri

Bakı, 17 may, AZƏRTAC

Sakit Okeanda yerləşən və sahəsi cəmi 3,7 hektar olan kiçik Henderson adası dünyanın ən çirkli yeri sayılıb. Bu barədə məlumatı Tasmaniya Universitetinin (Avstraliya) tədqiqatçılarına istinadla “The Guardian” yayıb.

AZƏRTAC “Ecoportal” saytına istinadla xəbər verir ki, alimlər Henderson adasında ümumi çəkisi 17,6 ton olan təqribən 38 milyon plastik kütlə parçası aşkarlayıblar. Çirklənmənin sıxlığı hər kvadratmetrə təxminən 670 belə zibil parçası təşkil edib. Üstəlik, adanın çimərliyi hər gün daha da zibillənir.

Tasmaniya Universitetinin Dəniz və Antarktida Tədqiqatları İnstitutunun mütəxəssisi Cenifer Lavers deyib: “Mən və həmkarlarım güman edirdik ki, adanın uzaqda yerləşməsi onun təmiz qalmasını təmin edəcək. Ancaq biz çox yanılmışıq. Adada bizi köhnə, kövrək, iti və zəhərli plastik zibil qalaqlarını gördük. Onların üzərində kosmetika qablarında özlərinə yuva qurmuş krablar sürünürdü. Bunu sənədləşdirmək qərarına gəldik”.

C.Lavers vurğulayıb ki, sivilizasiyadan uzaqda yerləşən kimsəsiz adanın vəziyyəti göstərir ki, hazırda plastik material “heyrətamiz” sürətlə istehsal olunur və hətta insan ayağı dəyməyən yerləri də çirkləndirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.