DÜNYA


Dünyanın ən çox gəlirli yüz informasiya texnologiyaları şirkəti arasında “Apple” birinci oldu

Bakı, 23 iyun, AZƏRTAC

“Gartner” analitik şirkəti dünyanın ən çox gəlirə malik yüz informasiya texnologiyaları (IT) şirkətinin siyahısını tərtib edib.

AZƏRTAC “Computerworld ” resursuna istinadən xəbər verir ki, siyahıya IT məhsulları və elektron komponentlər istehsal edən, eləcə də sahə üzrə xidmətlər göstərən (rabitə xidmətləri istisna olmaqla) yüz şirkət daxil edilib. Birinci yeri bir il əvvəl olduğu kimi, şirkətin qiymətləndirməsinə görə, 2016-cı ildə illik gəliri 218,1 milyard dollar təşkil edən “Apple” şirkəti tutub. Bu, ikinci yerdə qərarlaşan “Samsung Vendor Group” şirkətinin gəlirindən 79 milyard dollar çoxdur. Sonrakı mövqelərdə “Google” (90,1 milyard dollar, internet şirkəti il ərzində reytinqdə beşinci yerindən üçüncü pilləyə yüksəlib), Microsoft (85,7 milyard dollar) və “IBM” (77,8 milyard dollar) yer alıb.

Bildirilir ki, “Apple”, “Samsung” və “Google” şirkətlərinin uğuru əsasən onların fəaliyyət istiqamətlərinin “Nexus of Forces” (güc mərkəzi) təsiri - bir-birini gücləndirən sosial, mobil və “bulud” texnologiyalarının birləşməsi ilə üst-üstə düşməsi ilə izah edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.