ELM VƏ TƏHSİL


Dünyanın ən güclü lazeri

Bakı, 10 fevral, AZƏRTAC

İngiltərə və Çexiya alimləri dünyanın ən güclü lazerini yaradıblar.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, “super lazer” adlanan bu cihaz 44 milyon avroya başa gəlib. Alimlər bu kəşfi aviasiya mühəndisliyində, energetika və avtomobil sənayesi sahələrində inqilab kimi dəyərləndirirlər. İyirmi ton ağırlığında olan “super lazer” dünyada yüksək enerjili radiasiyadan 10 dəfə daha çox enerjiyə və orta hesabla min vatlıq istehsal imkanına malikdir.

“Central Lazer Facility”nin direktoru Con Collier bildirib ki, “Super lazer”in istehsal etdiyi enerji yeni dünya rekordudur. Cihazın ən önəmli tərəfi enerjini yüksək enerjili lazer şüalarına çevirməsidir.

“Super lazer” cari ilin sonlarında satışa çıxarılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.