DÜNYA


Dünyanın ən güclü smartfonu məlum olub

A+ A

Bakı, 1 sentyabr, AZƏRTAC

Rəsmi təqdimatı indiyədək keçirilməyən Çinin “LeEco Le 2s Pro” smartfonu dünyanın ən güclü mobil qurğusu seçilib. “AnTuTu” sınaqlarında aparat 158 min bal toplayaraq əvvəlki lider "OnePlus 3” smartfonunu geridə qoyub. Qurğunun dünya ictimaiyyətinə bu ilin sentyabrında təqdim ediləcəyi gözlənilir.

AZƏRTAC “Rsute” resursuna istinadən xəbər verir ki, smartfon “Qualcomm” şirkətinin “Snapdragon 821” prosessoru, metal korpuslu 5,5 düymlük ekranla təchiz edilib.

Bundan başqa, qurğu 4 giqabaytlıq operativ və 32 giqabaytlıq daxili yaddaşa malik olacaq. Displey “Full HD” formatını dəstəkləyir. Potensial alıcılar 6 giqabaytlıq operativ yaddaşla təchiz edilən daha təkmil modeli də əldə edə bilərlər. Bu modelin fləş toplayıcısı 64 giqabayt tutuma, displeyi “QHD” təsvir ölçüsünə malikdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.