DÜNYA
Dünyanın ən məşhur canlı şou icması Türkiyədə çıxış edəcək
Bakı, 10 avqust, Ceyhun Alışlı, AZƏRTAC
Hər il olduğu kimi, bu il də rəngli kostyumları və orijinal musiqi nömrələri ilə dünyanın ən məşhur canlı şou icması sayılan “Cirque du Soleil” İstanbulda möhtəşəm konsert və şou proqramları ilə çıxış edəcək.
AZƏRTAC Anadolu xəbər agentliyinə istinadla bildirir ki, oktyabrın 5-nə planlaşdırılan canlı performans “Hər hansı” (Varekai) aksiyası çərçivəsində baş tutacaq.
İstanbulun Ülkər İdman Arenasında keçiriləcək şou “Alchemy Project” tədbir və əyləncələr şirkətinin təşkilatçılığı ilə reallaşacaq.
Məlumat üçün bildirək ki, dünya şöhrətli qrup indiyədək 23 ölkədə, 130 şəhərdə konsert verməklə 10 milyondan çox tamaşaçı auditoriyası qazanıb.
Həmçinin, qrup ənənəvi olaraq bütün konsert və şou proqramlarında 19 ölkənin 50 nəfərlik rəqs və musiqiçi heyəti ilə çıxış edir.
Konsert proqramı oktyabrın 9-dək davam edəcək.