ELM VƏ TEXNOLOGİYA


Dünyanın ən qədim tikiş iynəsi aşkarlanıb

A+ A

Bakı, 26 avqust, AZƏRTAC 

Rusiya arxeoloqları Altay vilayətində Denisov mağarasından sümükdən hazırlanan, 50 min il yaşı olan tikiş iynəsi tapıblar.

AZƏRTAC “Planet – Today” saytına istinadla xəbər verir ki, uzunluğu 6 santimetr olan, quş sümüyündən düzəldilmiş bu iynənin saplamaq üçün “gözü” də var.

Alimlər arxeoloji tədqiqatlara əsaslanaraq hesab edirlər ki, tikiş bacarığı 40 min il bundan əvvəl Fransada yaranıb. Amma Altayda aşkar olunan tikiş iynəsi bu fikirləri təkzib edir və arxeologiya elmində bir yenilikdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.