DÜNYA


Dünyanın ən qiymətli sırğaları hərraca çıxarılıb

Bakı, 11 aprel, AZƏRTAC

Sotheby’s satış evi sırğa formasına salınmış iki nadir brilyantı hərraca çıxarıb.

AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, qiymətli daşlardan biri “Mavi Apollon” (14,5 karat), digəri isə “Çəhrayı Artemida” (16 karat) adlanır. Onlara qədim yunan allahlarının adı təsadüfən verilməyib. Hərrac evinin nümayəndələri bildirirlər ki, bu daşlar öz nadir rənginə və təmizliyinə görə, dünyanın ən gözəl brilyantlarından hesab olunur.

Brilyantlara sırğa forması verilsə də, onlar ayrı-ayrılıqda satılacaq. İki lotun start qiyməti 68 milyon dollar təşkil edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.