DÜNYA


Dünyanın ən qocaman ailəsi özünün uzunömürlülük sirrini açıb

Bakı, 31 iyul, AZƏRTAC

Ümumi yaşları üst-üstə 1073 il olan şimali irlandiyalı 13 bacı və qardaş sağlamlıqlarının və uzun ömür sürmələrinin sirrini açıb.

AZƏRTAC “Daily Mail” qəzetinə istinadla xəbər verir ki, Donelli ailəsi bu il ən qocaman ailə olaraq “Ginnesin rekordlar kitabı”na daxil edilib. Qardaşların ən böyüyünün 93 yaşı, ən kiçiyinin isə 72 yaşı var. Onlar atalarından yatmazdan əvvəl “isti bir şey” yemək adətini götürüblər. Kiçik qardaş Co axşam saat 10 radələrində bir qayda olaraq yulaf yarması, səhər saat 7-də isə yulaf, süd və bir qədər də alma cemi yediklərini bildirib.

Nəşrin məlumatına əsasən, qan təzyiqini normallaşdıran, xolesterinin səviyyəsini aşağı salan, ürəyi qoruyan yulaf yarması, həmçinin şəkərli diabetə qarşı profilaktik vasitədir.

Donelli ailəsi ömür boyu yalnız öz bağçalarında yetişdirdikləri meyvə-tərəvəz və digər təbii ərzaqlarla, həmçinin öz toyuqlarının yumurtaları ilə qidalanıb. Onlar hətta çörəyi belə özləri bişirib, alkoqollu içkiləri isə nadir halda qəbul ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.