DÜNYA


Dünyanın ən təhlükəli adası

A+ A

Bakı, 2 avqust, AZƏRTAC 

Amerikalı bioloqlar Yer üzündə ən təhlükəli adanı müəyyən ediblər. Onların sözlərinə görə, bu, Braziliyanın cənub-şərq sahilləri yaxınlığında yerləşən Keymada-Qrandi və ya İlanlar adasıdır.

AZƏRTAC ecoportal.ru saytına istinadla xəbər verir ki, ərazisi təxminən 33 kvadratmetr təşkil edən adada ilan əlindən tərpənmək olmur.

Adada müxtəlif növ ilanlar yaşayır. Bunlardan botrops insanlar üçün ən təhlükəlisidir. Onun dişləməsi qurbanının bütün toxumalarının dağılmasına gətirib çıxarır. Hətta bioloqlar belə ilanların öyrənilməsi üçün adaya çıxmağa xüsusi icazə alırlar. İlanlar adasının sahillərinə üzüb yanaşmağa isə yalnız Braziliya dəniz donanmasının gəmilərinə icazə verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.