DÜNYA
Dünyanın ən təhlükəli ölkələri
Bakı, 14 aprel, AZƏRTAC
Dünya İqtisadi Forumunun ekspertləri Kolumbiyanı dünyanın ən təhlükəli ölkəsi adlandırıblar.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, təhlükəli ölkələr sırasında ikinci yerdə Yəmən, üçüncü yerdə isə Salvador dayanır.
Reytinq tərtib olunarkən ölkələrdə cinayətkarlığın səviyyəsi, terror təhlükəsi, silahlı münaqişələrin mövcudluğu kimi meyarlar nəzərə alınıb. 2013-cü ilin statistikasına görə, hər 100 min nəfərə 72 qətl hadisəsinin düşdüyü Kolumbiya dünyada ən iri kokain ixracatçısıdır. Böyük pul vəsaitinə malik narkokartellər bütün ölkə həyatını nəzarətdə saxlayırlar.
Ekspertlərin fikrincə, dünyada ən təhlükəsiz ölkə Finlandiya hesab olunur. Siyahıya ümumilikdə 109 ölkə daxil edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [12:20]
Tailand və Qazaxıstan qarşılıqlı vizasız rejim haqqında saziş imzalayıb
- 23.04.2024 [11:56]
Dubayda innovasiyaların turizm sənayesinə təsiri müzakirə olunacaq
- 23.04.2024 [11:38]
Monqolustanda 10-cu İnnovasiya Həftəsi keçirilir
- 23.04.2024 [09:06]
Malayziyada 2 helikoterin toqquşması nəticəsində 10 nəfər ölüb VİDEO
® ABB-nin ATM-lərində yenilik!
- [12:40]
Goranboyda zəlzələ olub
- [10:42]
Düzgün nəfəs almaq ömrü uzadır
- [06:44]