DÜNYA
Dünyanın ən yaşlı insanı titulu amerikalı qadına keçib
Bakı, 1 aprel, AZƏRTAC
Planetimizin ən yaşlı insanı titulu 116 yaşlı ABŞ sakini Gertrud Uiverə keçib. O, bu titula aprelin 1-də yaponiyalı Misao Okavanın ölümündən sonra yiyələnib.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, bu il martın 5-də 117 yaşını qeyd edən Misao Okava 2013-cü ildə 116 yaşlı həmyerlisi Dziroemon Kimuranın vəfatından sonra yer üzündə ən yaşlı insan kimi Ginnesin rekordlar kitabına daxil olunmuşdu.
Okava uzun ömürlüyünü dadlı yeməkləri və istirahəti xoşladığı ilə izah edirdi. Lakin öz ad günündə doyunca tort yedikdən sonra iştahasını itirən qadın çoxsaylı nəvələrinin əhatəsində vəfat edib.
Reuters agentliyinin verdiyi məlumata görə, dünyanın hazırkı ən yaşlı insanı Gertrud Uiverin 117 yaşı iyulun 4-də tamam olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
Almaniyada əsgər çatışmır
- [16:32]
BDU-da “Türk otağı” açılıb
- [16:13]
Xocalı al lalələrlə bəzənib FOTO
- [15:39]