Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Dünyanın ən yaxşı güləş hakimi Hicran Şərifov 50 illik yubileyini qeyd edir

Bakı, 1 avqust, AZƏRTAC

İdman və bədən tərbiyəsi hər bir ölkənin beynəlxalq aləmdə tanınması, gənc nəslin sağlam böyüməsi üçün mühüm vasitələrdən biridir. Azərbaycan dövləti idmanın, xüsusilə də Olimpiya hərəkatının inkişafına xüsusi diqqət yetirir. Ölkəmizdə idmana dövlət tərəfindən göstərilən diqqət idmanın kütləviləşməsinə, gənc nəslin bu sahəyə sürətli axınına şərait yaradıb. Təbii ki, bunun üçün mükəmməl maddi-texniki baza da yaradılıb. Azərbaycan dünyada həm də idman ölkəsi kimi tanınır. Çünki elə bir beynəlxalq turnir yoxdur ki, orada Azərbaycan idmançıları bayrağımızı dalğalandırmasın. Dünya və Avropa çempionatlarında, Olimpiya Oyunlarında qazanılan uğurlar isə buna əyani sübutdur.

İdmanın inkişafı, gənc nəsildə bu sahəyə marağın oyanması bu sahəyə göstərilən qayğıdan qaynaqlansa da, onların fiziki və taktiki cəhətdən istedadlı idmançı kimi yetişmələrində, sözsüz ki, ən böyük pay sahibləri məşqçilərdir. Məhz məşqçilər ömrünü peşəsinə həsr edib bütün bacarığını yetirmələrinə vermək üçün daim çalışır, yetişdirdikləri idmançıların uğuruna sevinirlər. Çünki istənilən insan çəkdiyi əziyyətin bəhrəsini gördükdə sevincinin həddi-hüdudu olmur. Bu sevinc hissləri isə məşqçiləri öz işlərinə daha həvəslə, daha peşəkar yanaşmağa ruhlandırır.

Ölkəmizdə idmanın müxtəlif sahələri üzrə uğurlar qazanan məşqçilər çoxdur. Onlardan biri də bu gün 50 yaşını qeyd edən “Şöhrət” ordenli, “Tərəqqi” medallı, Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif olunan, “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi”, “Dünyanın ən yaxşı güləş hakimi”, Azərbaycanın Olimpiya kateqoriyalı, beynəlxalq dərəcəli hakimi, əməkdar məşqçi, eyni zamanda, Daxili İşlər Nazirliyinin Polis Akademiyasında İdman Sağlamlıq Kompleksinin rəisi və akademiyanın Fiziki hazırlıq kafedrasının baş müəllimi, polis polkovnik-leytenantı Hicran Şərifovdur.

Hicran Şərifov 1965-ci il avqustun 1-də Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsində anadan olub. O, orta məktəbi bitirdikdən sonra Azərbaycan Neft və Kimya Akademiyasına daxil olub. Əmircan qəsəbəsindəki Suraxanı maşınqayırma zavodunda elektrik vəzifəsində çalışıb, 1993-cü ildən Daxili İşlər Nazirliyinin əməkdaşıdır. Hazırda Polis Akademiyasında İdman Sağlamlıq Kompleksinin rəisi və fiziki hazırlıq kafedrasının baş müəllimi vəzifəsində çalışan Hicran Şərifov DİN-də gənc kadrların hazırlanmasında böyük paya sahibdir. Xidmətlərinə görə DİN rəhbərliyi tərəfindən “Əla xidmətə görə” döş nişanı, “Qüsursuz xidmətə görə” I, II və III dərəcəli medallarla təltif edilib.

Hicran Şərifov idman sahəsində mühüm uğurlar qazanan, ən titullu məşqçilərdən biridir. Azərbaycanın Olimpiya kateqoriyalı, beynəlxalq dərəcəli hakimi 2008-ci ildə Pekin Yay Olimpiadasında, 2012-ci ildə London Yay Olimpiya Oyunlarında güləş üzrə beynəlxalq hakimlər briqadasının tərkibində ölkəmizi layiqincə təmsil edib. Azərbaycan Prezidenti İlham Əliyev 2008-ci ildə onun əməyini yüksək qiymətləndirərək “Tərəqqi” medalı ilə təltif edib. 2010-cu ildə “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” adına layiq görülən hakim iki il sonra “London-2012” Yay Olimpiya Oyunlarında “Dünyanın ən yaxşı güləş hakimi” elan edilib və “Qızıl fit” mükafatına sahib olub. Hicran müəllim əfsanəvi futbol hakimi Tofiq Bəhramovdan sonra bu titulla şərəfləndirilən ikinci azərbaycanlı hakimdir. Bu, həm Azərbaycanda idmana göstərilən diqqət və qayğının, həm də beynəlxalq qurumların azərbaycanlı hakimlərə göstərdiyi etimadın bariz nümunəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci ildə imzaladığı Sərəncamla Hicran Şərifovun “Şöhrət” ordeni ilə təltif edilməsi isə onun xidmətlərinə dövlətimiz tərəfindən verilən yüksək qiymətin daha bir göstəricisi idi.

1999-cu ildən “Neftçi” İdman Sağlamlıq Mərkəzində məşqçi-müəllim vəzifəsində işləyən Hicran Şərifov hazırda “Cəngi” Güləş Klubunun rəhbəridir. Onun Azərbaycan idmanı üçün yetişdirdiyi güləşçilər sırasında ikiqat Avropa çempionu, dünya çempionatının qızıl və gümüş mükafatçısı, Pekin və London Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Rövşən Bayramov, yeniyetmələr arasında dünya çempionatının, Avropa birinciliyinin, Sinqapurda keçirilən yeniyetmələrin I Yay Olimpiya Oyunlarının qalibi, ilk Avropa Oyunlarının bürünc mükafatçısı Elman Muxtarov, yeniyetmələrin Avropa və dünya mükafatçıları Elnur Həsənov, Seymur Hüseynov kimi güləşçilərimiz var.

Hicran Şərifov tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarında da Azərbaycanı layiqincə təmsil edən hakimlərdən biri oldu. “Bakı-2015” ilk Avropa Oyunları idman tariximizdə mühüm hadisəyə çevrildi. Azərbaycan Avropa Oyunlarının standartlarını müəyyənləşdirdi, gələcək yarışlar üçün meyarlar yaratdı. Əsası Azərbaycanda qoyulan Avropa Oyunlarında hakimlik çox yüksək səviyyədə təşkil olundu. Olimpiya Oyunlarında olduğu kimi, burada da hakimlərin işinə çox ciddi nəzarət var idi. Həm də edilən səhvlər hakimlərə “Rio-2016” Olimpiya Oyunlarına qatılmaqda maneələr yarada bilərdi. Ona görə də hakimlər hər bir qərarda ədalətli və diqqətli olmağa çalışdılar və buna nail oldular. Onların arasında fərqlənən beynəlxalq dərəcəli hakimimiz Hicran Şərifov yenə də Azərbaycana uğur qazandırdı. Oyunlar başa çatdıqdan sonra dövlətimizin başçısı yüksək nailiyyətlər qazanmış idmançılarımızla yanaşı, idmanın inkişafındakı xidmətləri olan mütəxəssisləri, eləcə də idmançılarımızın müəllimlərini təltif etdi. Hicran Şərifov Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə mükafatlandırıldı.

Bütün bunlar Azərbaycanda idmançılara, onları yetişdirən müəllimlərə, məşqçilərə dövlətimizin göstərdiyi yüksək diqqət və qayğının əyani təzahürüdür. Bu dəstəyi hər zaman hiss edən idmançılarımız, məşqçilərimiz və hakimlərimiz də beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edərək dövlətimizə başucalığı gətirmək üçün əllərindən gələni əsirgəmirlər.

İnanırıq ki, ömrünün 50-ci baharını yaşayan Hicran Şərifov da ona göstərilən etimadı bundan sonra da layiqincə doğruldacaq və Azərbaycana hələ uzun müddət Avropa, dünya çempionları yetişdirəcək. Hakim kimi qatıldığı beynəlxalq turnirlərdə isə Azərbaycanın daim yüksəlişdə olan nüfuzunu artırmaq üçün hər bir qərarında ədalətli və diqqətli olacaq. Həm Azərbaycan polisinin fədakar təmsilçisi, həm də Olimpiya kateqoriyalı, beynəlxalq dərəcəli hakim kimi Hicran Şərifov Vətənə şərəflə xidmət edib, Azərbaycan adını uca tutmağa çalışıb. Bu gün 50 illik yubiley sevincini yaşayan Hicran Şərifova uzun ömür, cansağlığı, Azərbaycan idmanının inkişafı və təbliği yolundakı şərəfli fəaliyyətində yeni-yeni müvəffəqiyyətlər arzu edirik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

"Beşiktaş" komandası tarixində 17-ci dəfə finala yüksəlib

Çempionlar Liqası: İlk finalçı Parisdə bəlli olub

"Çelsi"də mövsümün ən yaxşı oyunçusu bəlli olub

Si Cinpin Serbiyada səfərdədir

“Airbus” apreldə müştərilərinə 61 təyyarə təhvil verib

Tamğa – qədim türklərin əzəmət rəmzi

İbtidai insanların qidası barədə yeni məlumatlar əldə edilib

Azərbaycan səfiri: Sülh yolunda əldə edilən irəliləyişi dəstəkləmək lazımdır

“Avroviziya-2024” mahnı müsabiqəsinin ikinci yarımfinalına keçən ölkələr məlum olub

Slovakiyanın Baş naziri AZƏRTAC-a və AzTV-yə müsahibə verib YENİLƏNİB

“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilir

Kakaonun qiymətinin kəskin azalmasının səbəbi məlum olub

Prokurorluq Zaqatalada zəhərlənmə faktı ilə bağlı araşdırma aparır

Komitə sədri BMT-nin Qadınlar təşkilatının regional direktoru ilə görüşüb

Macarıstan XİN rəhbəri ölkəsinin Mərkəzi Asiya ilə əməkdaşlığa görə tənqidlərlə üzləşdiyini deyib

Mahnı Teatrında Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert keçirilib

“FireLand” Azərbaycanlılar Birliyi Belçikada ənənəvi festivalda iştirak edib

Azərbaycan Basketbol Liqası: Son çempion seriyanın birinci oyununda “Xırdalan”a qalib gəlib

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə mediasına müsahibə verib

Vüqar Rəhimzadə: Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir ŞƏRH

Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir

“Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb

“Heydər Əliyev 101: dövlət idarəçiliyində liderlik” mövzusunda görüş təşkil olunub

Ceyson Quberman: Azərbaycandakı müxtəlif dini icmalar arasındakı sıx əməkdaşlıq təqdirəlayiqdir

BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub

AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb

Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir

Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib

YAP Nəsimi rayon təşkilatının sədri partiya fəalları ilə görüşüb

Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilib

Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib

Azərbaycanın iqlim dəyişikliyi üzrə İkiillik Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib

“Yay məktəbi”nə ərizə qəbulu başlayır

Gürcüstanda böyük uğurlar qazanmış soydaşlarımız haqqında filmin çəkilişlərinə başlanılıb

® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır

Naxçıvan ASAN Vəkil Bürosu açılıb

Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub

® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII beynəlxalq konfrans keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə keçirilib

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb

Şahzadə Harri Londona qayıdıb

30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib VİDEO

Dünyaşöhrətli alim "Yeni çağırışlar"da

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 25 faizdən çox artıb

Heydər Əliyev xatirələrdə - BDU və Sosial Xidmətlər Agentliyinin birgə tədbiri

“Caspian Agro 2024” sərgisi çərçivəsində “GreenAgroHack” hakaton yarışması keçiriləcək

FIFA prezidenti COP29-a dəvət olunub

Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb

BƏT: Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün təqdim edilən layihələrə yekun baxış keçirilib

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib

Ötən ay miqrasiya qanunvericiliyini pozan 202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb

® “Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinq qiymətləndirməsini açıqlayıb

“Azərbaycanda audiovizual yayımın hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilib

Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb

“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” - elmi sessiya

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib VİDEO

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar VİDEO

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır