DÜNYA


Dünyanın ilk idman avtomobili 657 min dollardan baha satılıb

Bakı, 11 fevral, AZƏRTAC 

Dünyanın ilk idman avtomobili hərracda 657 min 185 dollara satılıb.

AZƏRTAC CNN-ə istinadən xəbər verir ki, “Vauxhall Prince Henry” adlanan avtomobil 1911-1914-cü illərdə istehsal edilib.

Çəkisi 1250 kiloqram olan avtomobil Laurence Pomeroy tərəfindən dizayn edilib. Onu ilk olaraq ingilis iş adamı T.W.Badgeri, daha sonra 1945-ci ildə Laurence Pomeroyun oğlu, 1970-ci ildə isə Reg Long adlı şəxs satın alıb. Long 2016-cı ildə vəfat etsə də, avtomobil hələ də əvvəlki kimi işləyir.

“Vauxhall Prince Henry” idman avtomobilinin hazırda 102 yaşı var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.