Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Dünyanın müqəddəs məkanlarından olan Əshabi-Kəhf ziyarətgahından reportaj

Naxçıvan, 6 iyul, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində yerləşən Əshabi-Kəhf ziyarətgahı insanların üz tutduğu müqəddəs yerlərdəndir. Hər il buranı Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən gələn minlərlə zəvvar, turist və qonaq ziyarət edir.

Bu günlərdə Naxçıvan şəhərindən 12-13 kilometr uzaqlıqda yerləşən “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinə getməkdə məqsədimiz bu müqəddəs məkandan reportaj hazırlamaq, bura ziyarətə gələn yerli və xarici qonaqlarla görüşmək, onların təəssüratlarını öyrənmək idi.

Havaların isti keçməsini nəzərə alaraq səhər saatlarında Naxçıvan şəhərindən ziyarətgaha doğru yola çıxdıq. Qısa zamanda Naxçıvan-Ordubad magistralından Əshabi-Kəhfə aparan yola çatdıq. Vaxtilə bərbad vəziyyətdə olan bu yol bu gün ziyarətgaha qədər asfaltlanıb. Ona görə də indi ziyarətə gedən hər kəs əvvəlki illərdə olduğu kimi dözülməz yol yorğunluğu çəkmir. Yaxşı xatırlayıram ki, əvvəllər Əshabi-Kəhfə qədər uzanan yol daşlı, toz-torpaqlı idi. Maşının şüşələrini bərk-bərk bağlayırdılar ki, içəriyə toz-torpaq dolmasın. Yağış yağanda isə vəziyyət daha da acınacaqlı olurdu. Min bir əziyyətdən sonra Əshabi-Kəhfə gələndə isə ətrafdan yüksələn tüstü və gələn kabab iyi insanda belə bir təəssürat yaradırdı ki, sanki ziyarətgaha deyil, açıq hava altında olan bir restorana gəlibsən. Zibilliklərlə yanaşı, kəsilən qurbanların vaxtında atılmayan hissələrinin qalıb iylənməsi səbəbindən ətrafa yayılan kəskin iy yayılır, bu da hər kəsi narahat edirdi.

Bütün bunları ona görə xatırladıram ki, keçmiş günləri bir daha yada salaq və bu gün dövlətimizin “Əshabi-Kəhf Ziyarətgahı” Dini Mədəni Abidə Kompleksində yaratdığı şəraitin qədir-qiymətini bilək, keçmişi unutmayaq, tikilənləri, qurulanları qoruyub saxlayaq.

Ziyarətgahda ilk dəfə 1998-ci ildə ümummilli liderimiz Heydər Əliyevin tapşırığı ilə tikinti-abadlıq işləri görülüb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il avqustun 2-də qəbul etdiyi qərara əsasən, bura ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri siyahısına daxil edilib. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2006-cı il aprelin 17-də qəbul etdiyi qərara əsasən isə “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi yaradılıb.

2006-cı ilin may ayında kompleksdə yenidən tikinti-abadlıq işləri görülüb. Ziyarətgahın maşınlar üçün dayanacağına daş döşənib, inzibati binalar, qonaq evi, iki mağaza tikilib, ziyarətçilərin çətinliklə çıxdıqları “Damcıxana” və “Cənnət bağı”nadək pillələr qoyulub. Yaxınlıqdakı kəhrizdən nasos vasitəsilə ziyarətgaha içməli su xətti, 15 kilometr məsafədən elektrik xətti çəkilib. Təmizliyin təmin olunması üçün bütün işlər görülüb. Ziyarətgahın ətrafında 4 hektar sahədə bağ salınıb.

Bütün bunları nəzərə alaraq əminliklə demək olar ki, Naxçıvan şəhərinin 2018-ci ildə İslam Mədəniyyətinin paytaxtı elan edilməsinin səbəbi digər amillərlə yanaşı, həm də muxtar respublikada ziyarətgahların, dini-mədəni abidələrin bərpasının diqqət mərkəzində saxlanılmasıdır. Bu il də muxtar respublikada tarixi-mədəni irsimizin qorunub saxlanılması istiqamətində tədbirlər davam etdirilib, Əshabi-Kəhf ziyarətgahında təmir-bərpa işləri aparılıb, su təminatı yaxşılaşdırılıb və işıqlandırma sistemləri yenidən qurulub, ərazi abadlaşdırılıb, zəvvarlar üçün hər cür şərait yaradılıb.

“Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinin direktoru Qaraş Qurbanovla görüşüb söhbət etdik. O, bizə ziyarətgahın tarixi barədə məlumat verdi. Dedi ki, Əshabi-Kəhf barədə “Qurani-Kərim”in 18-ci surəsində (“Əl-Kəhf” - “Mağara”) bəhs edilir. “Əshabi-Kəhf” kimi tanınan mağaralar Kiçik Asiya və Fələstinin, Türkiyənin ərazisində də var. Lakin “Qurani-Kərim”də göstərilən bir çox məlumatlar, xalq arasında mövcud olan rəvayətlər və bəzi tarixi faktlar müqəddəs kitabda haqqında bəhs edilən yerin məhz Naxçıvandakı Əshabi-Kəhf olduğunu aydınlaşdırır. Burada coğrafi cəhət oxşarlığı xüsusilə diqqəti cəlb edir. Bu məsələ “Qurani-Kərim”in 18-ci surəsinin 17-ci ayəsində belə açıqlanır: “Baxsaydın, Günəşin mağaranın sağ tərəfindən doğub meyl etdiyini, sol tərəfdən onlara toxunmadan batdığını, onların da mağaranın genişcə bir yerində olduqlarını görərdin...” Adətən, mağaranın içərisinə girəcəkdən baxarkən (yəni girişdən sağ və sol nəzərdə tutulur), məhz Naxçıvandakı Əshabi-Kəhfdə içəri girən (baxan) adamın sağı (bu nisbətdə mağaranın sağ tərəfi) gündoğana düşür.

Qaraş Qurbanovun sözlərinə görə, Əshabi-Kəhf haqqında İslam aləmində mövcud olan bir hədis də ziyarətgahın Naxçıvan ərazisində olduğuna işarə verir. Hədisə görə, Ərəb Xilafətinin II xəlifəsi Ömərin dövründə 3 yəhudi gələrək xəlifəyə suallar verib, sualları isə xəlifənin əvəzindən peyğəmbərin əmisi oğlu və sonralar xəlifə olmuş İmam Əli cavablandırıb. Yəhudi alimlərindən birinin sualı Əshabi-Kəhf və hökmdar zülmündən qaçan şəxslərin çıxdıqları dağla bağlı olur. Hədisdə yazılır: “Yəhudi alimi “Ey Əli, bu dağın və mağaranın adı nədir?” - deyə soruşub.

İmam Əli cavab verib: “Ey yəhudi qardaşım, dağın adı Nahacilus, mağaranın adı isə Vasid idi. Mağaranın yaxınlığında ağaclar və püskürərək axan su var”.

Göstərilən hədisdə gənclərin qalxdıqları dağ - “Nahacilus” adlandırılır. Məlumdur ki, yunan dilində xüsusi isimlərin adlıq halında “-us”, “-is” şəkilçiləri işlədilir. O zaman Nahacilus sözündən adlıq hal şəkilçisini atanda qalan kök söz Nahacil və yaxud bu gün Əshabi-Kəhf yaxınlığındakı dağın adına uyğun olaraq desək, Nuhəcir - Nəhəcirdir. Əshabi-Kəhfdəki “Cənnət bağı” ağaclara işarədir. Vaxtaşırı püskürən bulaq isə bu gün də Əshabi-Kəhf ziyarətgahına gedərkən yolun sağ tərəfində qalan dərədədir.

Ziyarətgahdakı məscidin qabağında “qara daş” var. Onun səmadan gələn meteorit daşı olduğu deyilir. Daşın nə zamandan burada mövcud olması barədə məlumat yoxdur. Zəvvarlar həmin daşa toxunur, onun ətrafında dövr edir, niyyət tuturlar. Məscidin yuxarı tərəfində yerləşən “Damcıxana” açıq salon şəklindədir. İlin yağışlı və quraq keçməsindən asılı olmayaraq, həmin yerdə tavandan su damır. Burada niyyət edərək gözləyirlər. Damcının başa və ya çiyinə düşməsi niyyətin tez, bədənin hər hansı bir yerinə düşməsi isə nisbətən gec hasil olacağı kimi yozulur. Damcı düşməsə, deməli, niyyət qəbul olunmur. Ziyarətgahda ən uca yer əvvəllər çıxmaq təhlükəli hesab edilən “Cənnət bağı”dır. Bu gün ziyarətçilər dəmir pilləkənlərlə bura rahat çıxa bilirlər. Silindrik formalı, hər tərəfdən yüksək qayalarla əhatə olunan bu məqam duaların qəbul olunduğu yer sayılır. Bu gün Əshabi-Kəhf ziyarətgahına dünyanın müxtəlif ölkələrindən insanlar gəlir. Burada Cənubi Amerikadan - Argentinadan gələn turist Patrisio Sespedeslə qarşılaşdıq. İş adamı olan Patrisio “Formula-1” yarışlarını televiziya vasitəsilə izlədikdən sonra onda ölkəmizə qarşı böyük maraq yaranıb. Bakıya gəldikdən sonra qədim Naxçıvanın tarixi məkanlarını da gəzmək istəyib. “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi ilə yanaşı, Duzdağ Fizioterapiya Mərkəzində də olub. Getdiyi hər yer onda xüsusi təəssürat yaradıb. Bu gün isə Əshabi-Kəhf ziyarətgahına gəlib.

Muxtar respublikaya ilk dəfə gəldiyini deyən Patrisio Sespedesin sözlərinə görə, Naxçıvan Azərbaycanın tarixini, mədəniyyətini dünyaya təqdim etmək üçün ideal məkandır. Burada tarixilik saxlanılmaqla böyük quruculuq işlərinin görüldüyünü vurğulayan argentinalı turist muxtar respublikanın çox böyük turizm potensialına, hər bir insanın diqqətini cəlb edəcək təbiətə malik olduğunu qeyd etdi.

Əshabi-Kəhf ziyarətgahı barədə də maraqla danışan Patrisio dedi: “Mən xristian bir ailədə böyüdüyüm üçün islami dəyərlər barədə o qədər də məlumatlı deyiləm. Öyrəndim ki, burada baş verən hadisə İslam dininin yayılmasından xeyli əvvəl olub. Bu da onu deməyə əsas verir ki, Əshabi-Kəhf ziyarətgahı, əslində, dünyadakı bütün dinlərin mənsublarının ziyarətə gələ biləcəyi bir yerdir. Bu məkanın çox gözəl müsbət aurası var. Burada mağaradakı divara niyyət tutub daş yapışdırdım, “Cənnət bağı”na çıxaraq daşları üst-üstə qoydum. Mədəniyyəti öyrənmək üçün insanların etdiyi hərəkətləri təkrarladım. Çünki mən tək Allahın varlığını qəbul etsəm də, heç bir dinə sitayiş etmirəm. “Damcıxana”da isə möcüzə baş verdi. Mən ora çatan kimi üzərimə su damcısı düşdü. Halbuki məndən əvvəl bura gəlib damcının üzərinə düşməsini gözləyən çox insan olduğunu öyrəndim. Səbəbini bilməsəm də, bu hadisə məni hədsiz dərəcədə sevindirdi. Ümid edirəm, növbəti dəfə Naxçıvana gələ biləcəyəm və o zaman burada daha çox qalacağam”.

Qonşu ölkə İrandan gələn Leyla Xaşai də Əshabi-Kəhfi ziyarət etməkdən sevinc duyduğunu bildirdi. Dedi ki, ziyarətgahda təmizliyə ciddi riayət olunması diqqətini cəlb edib. İnsanlar heç nəyi yerə atmır, övladlarına da təmizliyi qorumağı öyrədirlər.

Digər iranlı qonaqlar Mənsuri Həsənnejat və Əmir Məsud da Leyla Xaşainin dedikləri ilə şərik olduqlarını vurğuladılar. Onların sözlərinə görə, bu gün qonşu ölkədən muxtar respublikaya gəlmək, buradakı müqəddəs məkanları ziyarət etmək istəyənlərin sayı hər gün daha da artır. Ziyarətçilər deyirlər ki, İran saytlarında Əshabi-Kəhf barədə məlumatlar olduğuna görə insanlar oxuyur və onlarda maraq yaranır. Fürsət tapan kimi Naxçıvana gələrək Əshabi-Kəhf ziyarətgahına üz tuturlar.

Ziyarətgahda AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbiri Vüqar Ağayevlə də rastlaşdıq. Vüqar müəllim hər il məzuniyyətdə Əshabi-Kəhf ziyarətgahına gəldiyini bildirdi. Dedi ki, turizm sahəsində Naxçıvan böyük imkanlara malikdir. Bunu bu ilin aprel ayında Naxçıvan Muxtar Respublikasına səfərə gələn Yaponiyanın Okinava prefekturası parlamentinin sədri Kina Masaharunun rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri də xüsusi vurğulayıblar. Azərbaycan və Yaponiyanın regionları arasında dostluq və əməkdaşlıq əlaqələrinin qurulması çərçivəsində baş tutan səfər barədə prefekturanın Miyakocima şəhərində keçirilən fotosərgi isə yaponlarda böyük maraq yaradıb. Burada Naxçıvan Muxtar Respublikasının füsunkar təbiəti, tarixi və mədəniyyət abidələri, eləcə də iqtisadi obyektlərinə dair fotolar, o cümlədən Əshabi-Kəhfdən çəkilən şəkillər nümayiş etdirilib.

Bakı şəhərindən gələn Günay Kəngərli isə qeyd etdi ki, insanlar min illərdən bəri yaddaşlarında əbədiləşən müqəddəs ziyarətgahlara etdikləri səfərlərlə dünyadakı ən savab işlərdən onlara da pay düşdüyünə inanırlar. Naxçıvanın dünyada tanınmış müqəddəs Əshabi-Kəhf ziyarətgahına gələn zəvvarların əsl qazancı budur. Əgər duaların Allaha çatdığı yerdə, Peyğəmbər ayağının toxunduğu torpaqda öz inanclarını daha da dərinləşdirib Uca Yaradana bir addım daha yaxın bir yerdən xitab etmək istəyənlər varsa, Əshabi-Kəhfə gələ bilərlər. O, hər il bu ziyarətgaha gəldiyini, burada mənəvi rahatlıq tapdığını vurğuladı.

Bəli, bu gün muxtar respublikamıza gələn turistlərin hamısı diyarımız haqqında xoş sözlər söyləyir, bu gözəlliyə olan məftunluqlarını gizlətmirlər. Çünki dünyada dinindən, irqindən asılı olmayaraq, bütün insanlar üç müqəddəs torpaq olduğunu qəbul edirlər. Bunlardan biri Məkkə, ikincisi Qüds, üçüncüsü isə Naxçıvan torpağıdır. Naxçıvan torpağı ona görə müqəddəs sayılır ki, tək Allahlıq dünyada ilk dəfə olaraq bu torpaqda yayılıb. Bu torpaq insanlığın ikinci yaradılış yeridir. Ulu Nuh peyğəmbərin məzarı, bir neçə imamzadə məhz bu torpaqdadır. Qədim diyarda, Əshabi-Kəhfdə qeyb olan insanlar da Allahı tanımaqdan ötrü, Uca Yaradana tapınmaqdan ötrü sarayı tərk edib, mağarada Tanrıya pənah gətiriblər...

Artıq geriyə, Naxçıvan şəhərinə doğru qayıdırıq. Əshabi-Kəhfdə ziyarətçilərlə xeyli söhbət etdiyimizdən vaxt da sürətlə ötüb. Yayın qızmar Günəşi havada boy göstərir. Maşınla bir az aşağı enmişdik ki, pəncərədən qəribə bir sərin külək gəldi. Bu məqamda sürücü “görürsünüz, bu, yolboyu əkilən ağacların sərinliyidir. Qurub-yaradanlar, əziyyətini çəkənlər var olsunlar”, - dedi. Bir daha ətrafa baxdım, yol kənarlarında səliqə ilə əkilən ağaclar yaşıl bir tuneli xatırladırdı. Vaxtilə su çatışmazlığına görə buraları əkib-becərmək mümkün deyildi. İndi isə çəkilən su kanalı və qurulan suvarma sistemi zəhmətkeş insanlara qol-qanad verib... İstər Əshabi-Kəhf ziyarətgahında, istərsə də yolboyu gördüklərimin təsiri altında yaranan xoş duyğular, həqiqətən də, insana sözlə ifadə edilməsi mümkün olmayan mənəvi rahatlıq bəxş edir.

Rauf Əliyev

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı

bürosunun rəhbəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dərman müalicəsinin nanohissəciklərlə dəyişdirilməsi istiqamətində tədqiqatlar aparılır

Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilib

Heydər Əliyev irsində Azərbaycan tarixinin aktual məsələləri – dəyirmi masa

Təhsildə sosial iş xidmətinin həssas qruplara təsiri müzakirə olunub

Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb

Narkotik vasitələri paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirən şəxslər saxlanılıblar

Milli Məclisin sədri Sahibə Qafarova Bolqarıstan Prezidenti Rumen Radevlə görüşüb

® “Kapital Bank”la avtomobil arzunuza çatmaq daha asandır

Lisenziya Turniri: Azərbaycan güləşçilərinin ilk rəqibləri bəlli olub

EMTA BSU-da “Yaşıl enerjiyə keçid” mövzusunda seminar təşkil edib

Bu günədək sənaye zonalarında istehsal olunan məhsullar 70-dən çox ölkəyə ixrac edilib

Silahsız özünümüdafiə və əlbəyaxa döyüş üzrə respublika çempionatında 86 polis əməkdaşı mübarizə aparıb

“Ulu Öndərin işığında” kitabının təqdimatı olub

Bolqarıstan Prezidenti və xanımı Milli Gimnastika Arenası ilə tanış olublar

Sahibə Qafarova: Parlamentlərin qarşılıqlı fəaliyyəti Azərbaycan-Bolqarıstan münasibətlərinə müsbət təsir göstərən amillərdəndir

Rumen Radev: Bolqarıstan-Azərbaycan əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinə töhfə verir

UNEC-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

AZPROMO: Məqsədimiz Azərbaycanın kənd təsərrüfatı məhsullarının Avropa bazarına çıxışını dəstəkləməkdir

Ağdam kəhrizlərində mikrobioloji tədqiqatlar aparılır

Baş nazir Əli Əsədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb

“Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda elmi-nəzəri konfransı keçirilib

Qafqazşünaslıq İnstitutunda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş kitab təqdimatı və sərgi keçirilib

Nəsimi rayonunda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar

“İçərişəhərim” rəsm müsabiqəsinin vaxtı uzadılıb

Qusarda qəza törədən avtomobil rabitə dirəyini aşırıb

Nərimanov rayonundakı bazarda bəzi məhsulların satış sahələrinə məhdudiyyət qoyulub

Dünyada hidrogen yanacağı ilə çalışan ilk yaxta suya buraxılıb

Dövlət Proqramı İdarəetmə Qrupu aprel üzrə vətəndaş müraciətlərinin statistikasını açıqlayıb

Azərbaycan Silahlı Qüvvələrinin yaradıcısı Ulu Öndər həmişə dərin hörmət və ehtiramla anılır

Yaponiyada komiks tərcüməsi üçün süni intellektdən istifadə ediləcək

Fizika İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş tədbir keçirilib

Təbriz qəzeti Ulu Öndər Heydər Əliyevə həsr olunmuş məqalə dərc edib

Süni intellekt və yeni inkişaf meyarları

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə “Açıq qapı” günü təşkil olunacaq

ADPU-da tədbir: “Əbədi ömrün ikinci yüzilliyi”

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Azərbaycan Bəstəkarlar İttifaqında Ulu Öndərin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Azərbaycan Premyer Liqasında XXXV turun oyun cədvəli açıqlanıb

Ankarada Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib VİDEO

Gəncədə “Yaradıcı müzakirələr” keçirilir

“Qalatasaray”ın hücumçusu bu mövsüm ən çox məhsuldar ötürmə edən futbolçudur

Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Varis Yolçiyev: “BOOKFEST” Naxçıvan Kitab Sərgisinin təşkili təqdirəlayiq addımdır

Koreyada təhsil alan azərbaycanlı tələbələr üçün magistraturaya qəbul imtahanı keçirilib

ADA və Bolonya universitetlərinin “Dayanıqlı bağçılıq sistemləri” mövzusundakı birgə sertifikat proqramı “MacFrut” sərgisində

Ulu Öndərin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan qüdrətli dövlətə çevrilib

Bilyardın “Pool-9” növü üzrə Azərbaycan çempionatı keçiriləcək

“Tamstore” marketlər şəbəkəsi “Bu qiymətlər bir daha olmayacaq” kampaniyasına start verib

“Sən elə bir zirvəsən!” tamaşası yenidən Akademik Musiqili Teatrın səhnəsində

® “Caspian Energy Forum Izmir 2024” oktyabr ayında keçiriləcək

“The Standard”: COP29-a ev sahibliyi etməyə hazırlaşan Azərbaycan tarixi anın astanasındadır

İsmail Serageldin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib

Dövlət Komitəsi daha bir beynəlxalq mükafata layiq görülüb

İsmail Serageldinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Beynəlxalq Muğam Mərkəzində “Humayla” adlı konsert təqdim olunub

Nərimanov rayonunun bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Alimlər beyində yeni yaddaş mexanizmi aşkar ediblər

Talassemiya daşıyıcı olan ana öz övladını südlə qidalandıra bilər

Azərbaycanda yaradılan investisiya mühiti Slovakiya şirkətlərinin ölkəmizdə fəaliyyətini stimullaşdırır - ŞƏRH

Baş Prokurorluqda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Ümummilli Liderin respublikaya rəhbərliyi dövründə ekoloji problemlər həmişə diqqət mərkəzində olub

BMT II Dünya müharibəsində həlak olanların xatirəsinin anılması və barışıq günləri keçirir

İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib

Naxçıvanda istehlaka yararsız qida məhsullarının satışının qarşısı alınıb

Azərbaycan ilə Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə edilib

Bu ilin ilk rübündə İstanbulda terror təşkilatlarına qarşı 576 əməliyyat keçirilib, 300 nəfər həbs olunub

Yaxın iki gündə Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək

Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub

“TikTok” ABŞ hökumətini məhkəməyə verib

İyunda Sofiya ilə Bakı arasında birbaşa aviareyslər təşkil ediləcək

Bolqarıstan Prezidenti Rumen Radev Bakıda şəhidlərin xatirəsini anıb

Birinci Qarabağ müharibəsi şəhidinin nəşi Lənkəranda torpağa tapşırılıb

Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub

Sahib Məmmədov: Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi 4 dəfə artıb

Peşəkar Futbol Liqası və “YAŞAT” Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycanda hidrometeoroloji xəbərdarlıqlar əhaliyə rəng şkalası ilə təqdim olunacaq VİDEO

Aprel ayında Ukraynaya beynəlxalq yardım beş dəfə azalıb

Monitorinq stansiyaları olmayan ərazilərdə hava keyfiyyətinin qiymətləndirilməsində Səyyar Laboratoriyadan istifadə edilir

Tallində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib VİDEO

Bolqarıstan şirkəti Azərbaycanda mühərrik və sənaye yağlarının təkrar emalını həyata keçirəcək

Tələbələr arasında bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib

Duzdan çox istifadə mədə xərçəngi riskini 40 faiz artırır-Tədqiqat

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının ilkin mərhələsinin nəticələri açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkası təşkil ediləcək

Güclü küləklər və digər təhlükəli hidrometeoroloji hadisələr barədə xəbərdarlıqlar rəng şkalasına uyğun tərtib ediləcək VİDEO

Nazir müavini: Naxçıvanda cari ilin üç ayında nağdsız ödənişlər 2 dəfədən çox artıb

“Heydər Əliyev Əlyazmalar İnstitutunun qurucusudur” mövzusunda elmi sessiya keçirilib

Bolqarıstan Prezidenti Rumen Radev Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib

Elnur Məmmədli: Avropa çempionatındakı tarixi uğur hələ başlanğıcdır

Tərkibi insan sağlamlığı üçün zərərli olan saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıblar VİDEO

ETSN-nin mətbuat katibi: Ölkəmizdə hidrometeoroloji şəbəkənin 50 faizi modernləşdirilib VİDEO

“Hər yanı gülşən Azərbaycan!” adlı III Regional xor müsabiqəsinin final mərhələsi keçirilib

“Virtual Qərbi Azərbaycan” platforması təqdim edilib VİDEO

ÜST: 150 ölkədə tütündən istifadə azalır

İyirmi beş minə yaxın şagird Azərbaycan dili imtahanı verəcək

Milli Kitabxanada elmi konfrans - Heydər Əliyev Azərbaycanda müasir kitabxana quruculuğunun banisidir

Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB -3 VİDEO

Tanınmış hakim Çempionlar Liqasının oyunundan sonra ağlayıb

Aqrar Sığorta Fondunun sədri Ağdamda vətəndaşlarla görüşəcək

Koreyada Ümummilli Lider Heydər Əliyevin siyasi irsi barədə mühazirə təşkil edilib