REGİONLAR


Dünyəvilik və tolerantlıq Azərbaycan xalqının təfəkkür tərzidir

A+ A

Bakı, 30 sentyabr, AZƏRTAC

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) həyata keçirdiyi “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda regional konfrans işini sentyabrın 29-da Şamaxıda davam etdirib.

DQİDK-dən AZƏRTAC-a bildiriblər ki, Şamaxı rayon Uşaq Yaradıcılıq Mərkəzində gənclərin iştirakı ilə keçirilən konfransda çıxış edən rayon icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı İsmayıl Manafov mövzunun aktuallığından danışıb. Bildirib ki, milli mənəvi, eləcə də multikultural dəyərlərin təbliğ edilməsi, eyni zamanda, dini maarifçilik işinin aparılması məqsədilə bu cür tədbirlərin keçirilməsi vacibdir. O, milli mənəvi dəyərlərimizin qorunması və təbliği istiqamətində rayon ərazisində həyata keçirilən silsilə tədbirlərdən də bəhs edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov ölkəmizdə dərin tarixi köklərə malik olan multikultural və tolerantlıq ənənələrinin mövcudluğundan, bu ənənələrə xalqımız və dövlətimiz tərəfindən verilən dəyərdən danışıb. Bildirib ki, dünyəvilik və tolerantlıq Azərbaycan xalqının təfəkkür tərzidir. Azərbaycanda bütün dini konfessiyaların dinc və qardaşlıq şəraitdə fəaliyyət göstərdiklərini deyən sədr müavini bu həqiqəti heç bir qüvvənin dəyişə bilməyəcəyini vurğulayıb.

Gündüz İsmayılov Dövlət Komitəsinin dini radikalizmlə mübarizə çərçivəsində həyata keçirdiyi tədbirlərdən də danışıb. Dini maarifçilik işinin yüksək səviyyədə qurulması üçün bütün imkan və vasitələrdən istifadə olunduğunu deyən sədr müavini bu məqsədlə təhsil müəssisələrində, dini icmalarda, gənclər arasında, eyni zamanda QHT-lər vasitəsilə müxtəlif maarifləndirici tədbirlərin həyata keçirildiyini vurğulayıb.

DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov mövzu ilə bağlı fikirlərini gənclərlə bölüşərək, Azərbaycanda mövcud olan multikultural mühit barədə geniş məlumat verib. O qeyd edib ki, multikulturalizm ölkəmizdə həyat tərzinə çevrilib, fərqli dinə, mədəniyyətə, dilə hörmətlə yanaşmaq xalqımızın genetik köklərindən gələn ənənələrdir. R.Əsgərov milli mənəvi, eləcə də multikultural ənənələrimizin qorunub-saxlanılmasında gənclərin üzərinə düşən vəzifələrdən də danışıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.