CƏMİYYƏT


Düşənbədə MDB-yə üzv ölkələrdə miqrasiya sahəsindəki vəziyyət müzakirə olunacaq

Bakı, 21 may, AZƏRTAC 

Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə MDB-yə üzv dövlətlərin miqrasiya orqanları rəhbərləri şurasının 20-ci toplantısında və qeyri-qanuni miqrasiya ilə mübarizə üzrə beynəlxalq konfransda iştirak etmək üçün mayın 21-də Tacikistanın paytaxtı Düşənbəyə səfər edəcək.

Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yığıncaqlarda MDB-yə üzv ölkələrdə miqrasiya sahəsində vəziyyət, 2015-2019-cu illərdə qeyri-qanuni miqrasiya ilə mübarizədə əməkdaşlıq proqramının icrası, region dövlətlərində miqrantlarla bağlı vahid statistik hesabatın formalaşdırılması, əmək miqrasiyası sahəsində təcrübə mübadiləsi, miqrasiya üzrə milli qanunvericilikdə dəyişikliklərin aparılması, bu istiqamətdə model qanunların təkmilləşdirilməsi barədə məsələlərə baxılacaq.

MDB Parlamentlərarası Assambleyasının sosial siyasət və insan haqları komissiyasının sədri Arif Rəhimzadə müzakirəyə çıxarılan məsələlər haqqında fikirlərini bildirəcək.

Səfər mayın 25-də başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.