CƏMİYYƏT
Düşənbədə keçirilən forumda Azərbaycan dövlətinin gənclər siyasətindən danışılıb
Düşənbə, 26 aprel, АZƏRTAC
Xəbər verdiyimiz kimi, 2017-ci ildə Müstəqil Dövlətlər Birliyində elan olunan “Ailə ili” ilə əlaqədar Düşənbə yaxınlığındakı “Yavroz” kurort zonasında “Ailə ocağı” mövzusunda Forum keçirilir.
Forumda “Azərbaycan Respublikasında gənclər siyasəti” mövzusunda məruzə ilə çıxış edən Milli Məclisin deputatı Naqif Həmzəyev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən gənclər siyasəti haqqında ətraflı məlumat verib.
Tədbirdə Rusiya Federasiyası, Qırğızıstan, Belarus, Moldova, Ukrayna, Tacikistan və digər ölkələrin nümayəndələri iştirak edirlər.
Forumda MDB məkanında fəaliyyət göstərən gənclər təşkilatları və assosiasiyaları arasında tərəfdaşlıq və əməkdaşlığın inkişafına dair məsələlərə baxılıb, ailə quruculuğunda vətəndaş təşəbbüslərinin dəstəklənməsindən bəhs olunub, demoqrafiya siyasəti nəzərdən keçirilib.
Forum çərçivəsində Azərbaycanın mədəniyyəti gecəsi keçirilib, ölkəmizin mədəniyyətinə, tarixinə, milli mətbəxinə dair məlumatlar təqdim edilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə