DÜNYA
Düşənbədə təntənəli Novruz şənliyi
Düşənbə, 22 mart, АZƏRTAC
Martın 21-də Düşənbədə Novruz bayramı yüksək səviyyədə qeyd olunub.
Təntənəli mərasimdə Tacikistan hökumətinin üzvləri, parlamentin yuxarı və aşağı palatalarının deputatları, xarici ölkələrin səfirləri, elm, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyətin nümayəndələri iştirak edib.
Tacikistan Prezidenti Emomali Rahmon Novruz bayramı münasibəti ilə iştirakçıları təbrik edib, hamıya firavanlıq arzulayıb. Dövlət başçısı bildirib ki, bu bayram taciklərin və Novruz arealında yerləşən digər xalqların əziz milli bayramıdır. Ta qədimdən Novruz sülh, humanizm, əmin-amanlıq rəmzi kimi tanınır.
Sonra Tacikistan incəsənət ustalarının ifasında geniş konsert proqramı təqdim olunub, Novruza həsr edilmiş tamaşalar göstərilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [16:50]
Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb
- 23.04.2024 [16:47]
Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar
- 23.04.2024 [16:43]
Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq
- 23.04.2024 [16:33]
Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb
- 23.04.2024 [16:16]
Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək
- 23.04.2024 [16:14]
Pakistan iqtisadiyyatında artım müşahidə olunur
- 23.04.2024 [15:57]
BEA: Bu il elektromobil satışları 20 faizdən çox artacaq
- 23.04.2024 [15:53]