SİYASƏT


Düşmən tərəfi öz uğursuzluqlarını ört-basdır etmək üçün növbəti hiyləyə əl atıb VİDEO

Bakı, 29 iyul, AZƏRTAC

Son zamanlar Ermənistan ordusunda artmaqda olan ölüm və ağır bədən xəsarətləri ilə nəticələnən cinayət tərkibli hadisələrdən erməni ictimaiyyətinin diqqətini yayındırmaq məqsədilə düşmən planlaşdırılmış təxribatlar həyata keçirir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, belə tədbirlərdən biri də Ermənistan tərəfindən sosial şəbəkələrdə azərbaycanlı adı altında saxta profillər yaratmaqla guya Azərbaycan Ordusunda müxtəlif hadisələrin baş verdiyini iddia edən yalan məlumatların vaxtaşırı yayılmasıdır. Aparılan araşdırma nəticəsində məlum olub ki, “Facebook” səhifəsində Ermənistanın xüsusi xidmət orqanları tərəfindən yaradılan “Tofiq İbrahimov” adlı saxta profil Azərbaycan Ordusu barədə yalan, iftira, təxribat məqsədli xəbərlər yayır. Həmin profildə paylaşılan bütün hadisələr uydurmadır, ad və soyadları çəkilən şəxslərin Silahlı Qüvvələrə heç bir aidiyyəti yoxdur.

“Düşmən tərəfindən sosial şəbəkələrdə məqsədyönlü şəkildə yaradılan saxta səhifələrdə ordumuzla əlaqədar yayılan neqativ məlumatlar təxribat xarakteri daşıyır və heç bir reallığı əks etdirməyən belə xəbərlərin gələcəkdə də yayılması istisna edilmir.

Bir daha kütləvi informasiya vasitələrinin nümayəndələrini, sosial şəbəkə istifadəçilərini və ictimaiyyəti diqqətli olmağa, düşmən təbliğatına uymamağa, Ermənistanın bu cür təxribatlarına qarşı qlobal internet məkanında və mətbuatda aktiv əks-fəaliyyət göstərməyə çağırırıq”, - deyə Müdafiə Nazirliyinin məlumatında bildirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.