Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

ECO-ya üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə təşkilatları rəhbərlərinin 3-cü iclası başa çatıb YENİLƏNİB 2

İclasın yekununda Bakı Bəyannaməsi qəbul edilib

Bakı, 7 iyun, AZƏRTAC

Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv dövlətlərin prokurorluq, ixtisaslaşdırılmış korrupsiyaya qarşı mübarizə qurumlarının rəhbərlərinin və ombudsmanlarının üçüncü iclası iyunun 7-də işini “Korrupsiyaya qarşı mübarizədə beynəlxalq və regional əməkdaşlıq mexanizmləri” mövzusunda ikinci plenar iclas ilə davam etdirib.

AZƏRTAC xəbər verir ki, iclasa sədrlik edən İran İslam Respublikasının Dövlət Baş Müfəttişliyinin sədri Naser Serac yüksək səviyyədə təşkil olunan bu mühüm tədbirin ikinci günündə də səmərəli müzakirələrin aparılacağını qeyd edib.

Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının katibi Kamal Cəfərov bildirib ki, ölkəmiz korrupsiyaya qarşı mübarizədə beynəlxalq təşəbbüslərdə fəal iştirak edərək, müsbət təcrübənin tətbiqinə daim diqqət yetirir. Son 15 il ərzində ölkəmizdə sistemli antikorrupsiya islahatları həyata keçirilib. Bu dövr dörd mərhələdən ibarətdir.

2004-2007-ci illəri əhatə edən birinci mərhələdə korrupsiyaya qarşı mübarizə sahəsində zəruri qanunvericilik bazası formalaşdırılıb. Bu mərhələdə, Dövlət Proqramı qəbul edilib, institusional islahatlar aparılıb, iki ixtisaslaşmış qurum – Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi yaradılıb. Komissiya korrupsiyaya qarşı mübarizə sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edir, dövlət orqanlarının fəaliyyətini əlaqələndirir, dövlət proqramlarının icrasını həyata keçirir.

Bildirilib ki, 2007-2011-ci illəri əhatə edən ikinci mərhələdə şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması prioritet istiqamətlər kimi müəyyən edilib. Bu istiqamətdə “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” qəbul edilib, korrupsiyaya qarşı mübarizə aparan ixtisaslaşmış qurumların fəaliyyəti təkmilləşdirilib, vətəndaş cəmiyyətinin üzvləri ilə səmərəli əməkdaşlıq əlaqələri qurulub, geniş maarifləndirmə işi aparılıb.

2012-2015-ci illəri əhatə edən üçüncü mərhələdə dövlət idarəçiliyində İKT-nin uğurlu tətbiqi və korrupsiyaya qarşı mübarizə prioritet olub. Bu dövrdə açıq hökumətin təşviqinə və korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illəri əhatə edən iki Milli Fəaliyyət Planı qəbul edilib və yüksək səviyyədə icra olunub.

2016-2018-ci illəri əhatə edən dördüncü mərhələdə açıq hökumətin təşviqi və korrupsiyaya qarşı mübarizəyə dair tədbirlərin davamlılığı məqsədilə Azərbaycan Prezidentinin 2016-cı il 27 aprel tarixli Sərəncamı ilə açıq hökumətin təşviqinə dair 2016-2020-ci illəri əhatə edən Milli Fəaliyyət Planı qəbul edilib.

Azərbaycanda korrupsiyaya qarşı uğurlu mübarizə üçün bütün zəruri mexanizmlərin mövcudluğunu vurğulayan K.Cəfərov korrupsiyaya qarşı mübarizənin daimi proses olduğunu bildirib.

Azərbaycan Respublikası Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı ölkəmizdə Ombudsman təsisatının fəaliyyətindən danışıb. Korrupsiyanın cəmiyyətdə dağıdıcı proses olduğunu deyən A.Səfixanlı bu sahədə digər müvafiq qurumlar kimi, ombudsmanın da geniş fəaliyyət istiqamətlərinin olduğunu bildirib. Korrupsiya hallarının qarşısının alınmasında müvafiq qurumlarla ombudsman arasında səmərəli əməkdaşlığın önəmini qeyd edən aparat rəhbəri deyib ki, ölkəmizdə artıq 15 ildir fəaliyyət göstərən Ombudsman təsisatının müstəqil fəaliyyəti üçün qanunvericiliklə hər cür şərait yaradılıb. O, ombudsmanın digər dövlət orqanları, eləcə də vətəndaş cəmiyyəti institutları ilə səmərəli əməkdaşlıq əlaqələri qurduğunu, cəmiyyətdə geniş maarifləndirmə işi apardığını, ölkəmizdə antikorrupsiya tədbirlərində fəal iştirak etdiyini, bu sahədə qanunvericilik bazasının formalaşdırılması prosesinə cəlb olunduğunu diqqətə çatdırıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparat rəhbəri Azad Cəfərli dövlətimizin başçısının təşəbbüsü ilə yaradılan “ASAN xidmət”in şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində mühüm təsisat olduğunu bildirib. Qeyd edilib ki, indiyədək “ASAN xidmət”ə 15 milyon müraciət daxil olub, xidmətlərdən məmnunluq səviyyəsi 98 faiz təşkil edir. “ASAN xidmət” korrupsiyanın olmadığı, şəffaf və effektiv dövlət qurumudur”, - deyən A.Cəfərli diqqətə çatdırıb ki, qurumun “Facebook” səhifəsində yarım milyon nəfər qeydiyyatdadır və onların müraciətləri onlayn qaydada cavablandırılır.

Bakıda 5, bölgələrdə isə 6 “ASAN xidmət” mərkəzinin fəaliyyət göstərdiyini deyən Aparat rəhbəri səyyar “ASAN xidmət”in imkanlarından hazırda 1,2 milyon nəfərin yararlandığını bildirib. Öz xidmətlərini vətəndaşların müraciəti əsasında onların ünvanına çatdıraraq da təmin edən qurum, həmçinin əməkdaşların peşəkarlığının artırılmasına xüsusi diqqət yetirir. Son dörd il ərzində 3 mindən çox dövlət qulluqçusu təlimlərə cəlb olunub. Bu qəbildən olan təlimlər müxtəlif ölkələrdə də təşkil edilir.

“ASAN viza” elektron sistemi barədə məlumat verən A.Cəfərli deyib ki, ölkəmizə gəlmək istəyən şəxslər üç gün ərzində rahat şəkildə viza ala bilərlər. Bu sahədə şəffaflığın təmin olunmasında digər xidmət – “ASAN pay” də mühüm əhəmiyyət daşıyır.

Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, korrupsiyaya qarşı mübarizənin ən mühüm şərtlərindən olan siyasi iradənin mövcudluğu ölkəmizdə özünü bu sahədə dörd Milli Fəaliyyət Planının qəbul edilməsində və iki ixtisaslaşmış qurumun yaradılmasında göstərib. Son illərdə Azərbaycanda korrupsiyaya qarşı mübarizədə vətəndaş cəmiyyəti institutları fəal rol oynayır, geniş maarifləndirmə işinin aparılmasında müvafiq dövlət qurumları ilə səmərəli əməkdaşlıq edirlər. Azərbaycanda korrupsiyaya qarşı mübarizədə mühüm amillərdən biri də vətəndaş cəmiyyətinin antikorrupsiya şəbəkəsinin yaradılmasıdır. Hazırda bu şəbəkənin sıralarında 27 QHT birləşib.

Azərbaycanda vətəndaş cəmiyyətinin korrupsiyaya qarşı mübarizədə fəal iştirak etdiyini, qanunvericiliyin formalaşdırılması prosesinə cəlb olunduğunu deyən Ə.Nuriyev bu baxımdan ötən il yaradılan Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının önəmini xüsusi vurğulayıb.

İclasda çıxış edən Tacikistan ombudsmanının müavini Rəcəbmo Badriddinova, Pakistanın Milli Hesabatlılıq Bürosunun rəisi Zahir Şah, ombudsmanın katibi Amir Sial, Özbəkistan ombudsmanı Uluqbek Muhammediyev, Qırğızıstan ombudsmanı Kubatbek Otorbayev, Qazaxıstan Ombudsman Aparatının şöbə müdiri Rişat Raximov, İranın Dövlət Baş Müfəttişliyinin sədri Naser Serac, Əfqanıstanın korrupsiyaya qarşı mübarizə və təftiş qurumunun şöbə rəisi Zahid Vahidullah ölkələrində korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən qabaqlayıcı tədbirlər, bu prosesdə ombudsmanların rolu, onların antikorrupsiya tədbirlərində iştirakı, korrupsiyaya qarşı mübarizə tədbirlərinin həyata keçirilməsində insan hüquq və azadlıqlarının qorunması məsələləri barədə məlumat veriblər.

Plenar iclasdan sonra Pakistanda ECO-nun antikorrupsiya mərkəzinin açılmasına dair müqavilə imzalanıb.

Tədbirin bağlanış mərasimində çıxış edən Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov iclasda faydalı fikir və təcrübə mübadiləsinin aparıldığını bildirib. Baş prokuror qeyd edib ki, tədbirin ölkəmizdə keçirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin müsəlman ölkələri ilə mehriban qarşılıqlı münasibətlərin qurulmasına dair müdrik siyasətinin növbəti uğurlu nəticələrindən biridir. Regionda və dünya miqyasında nüfuz qazanan, ortaq mədəni, tarixi köklərimizə dayanan ECO çərçivəsində səylərimizin birləşdirilməsi ölkələrimizin davamlı inkişafı naminə tələblərdən birinə çevrilib. Təsis olunduğu vaxtdan yüksək nailiyyətlər əldə edən ECO çərçivəsində üzv ölkələr bir sıra prioritet istiqamətlər, o cümlədən nəqliyyat, enerji, ticarət və investisiya sahələri ilə yanaşı, son illər korrupsiyaya qarşı mübarizə üzrə də yaxından əməkdaşlıq edirlər.

Baş prokuror Azərbaycan hökumətinin siyasi və maliyyə dəstəyi ilə Azərbaycan Respublikasının Prokurorluğu və insan hüquqları üzrə müvəkkili (ombudsman) tərəfindən təşkil olunan ikigünlük tədbirdə aparılan fikir mübadiləsinin və səsləndirilən təkliflərin təşkilata üzv ölkələrdə korrupsiyaya qarşı mübarizə işinin daha geniş miqyasda həyata keçirilməsinə mühüm töhfə verəcəyinə əminliyini bildirib.

ECO baş katibinin müavini Seyed Calaluddin Ələvi Bakıda yüksək səviyyədə təşkil olunan iclas çərçivəsində səmərəli müzakirələrin aparıldığını söyləyib. O, iclasın yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığını ifadə edib.

Sonra təşkilati məsələlər müzakirə olunub, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərdə korrupsiyaya qarşı mübarizəyə dair Bakı Bəyannaməsi qəbul edilib.

Daha sonra iclasda iştirak edən qonaqlar “ASAN xidmət” mərkəzində vətəndaşlara nümunəvi xidmət prosesi ilə maraqlanıb, dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzində xalqımızın Ümummilli Liderinin mənalı həyatı və çoxşaxəli fəaliyyətinin müxtəlif dövrlərinə aid eksponatlarla tanış olublar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb

Təsisçi Bakı Fransız Liseyi Təhsil Kompleksinin ləğv olunmasının səbəbini açıqlayıb

DİM sədri: Qəbul imtahanlarında tətbiq olunacaq yeniliklər azı iki il əvvəl elan edilir

Əməyin təhlükəsizliyi və gigiyenası sahəsində Türkiyə ilə təcrübə mübadiləsi aparılır

Keşlədə kustar üsullarla kütləvi saxta məhsullar hazırlayan sex aşkar edilib

Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir

Arzu Babayeva: Ağgöl Milli Parkında ceyran populyasiyası müsbət dinamika ilə inkişaf edir

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı etirazlarla bağlı ictimai dinləmələr başa çatıb

Laləli çəmənlik görmək istəyənlər, Ağgöl Milli Parkına tələsin

ETX-nin məktəblərdə kibertəhlükəsizlik mövzusunda maarifləndirilmə layihəsi davam edir

“AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub

Paytaxtda saxta alkoqollu içkilərin satışa çıxarılmasının qarşısı alınıb

Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır

Azərbaycan ilə Türkiyə muzeyləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib

“Qəbələ” israilli futbolçu ilə vidalaşıb

Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar...

Daha iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ

BMU tələbələri ev heyvanlarının məsafədən qidalanmasına imkan verən cihaz hazırlayıblar

Azərbaycanın Rumıniya ilə hazırladığı layihə NATO tərəfindən təsdiqlənib

Azərbaycanın Baş prokuroru Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti seçilib

BŞTİ: Bakı Fransız Liseyində təhsil alan uşaqların dövlət təhsil müəssisələrinə köçürülməsi təmin edilə bilər

Bakı hava limanı yenidən “Skytrax” mükafatına layiq görülüb

Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb

Ali Məhkəmə: İnzibati orqan öz praktikasını inzibati məhkəmə qərarlarının məzmununa uyğunlaşdırmağa borcludur

Azərbaycanın xarici işlər naziri Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib

MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub

Mina təhlükəsi ilə bağlı təlimlərdə 1500-dən çox keçmiş məcburi köçkün iştirak edib

Nazir: Türkiyə mülki aviasiya sahəsində sürətlə inkişaf edən ölkələr sırasındadır

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yenilənmiş saytı istifadəyə verilib

Azərbaycan atıcıları lisenziya turnirində iştirak edəcəklər

IRENA Assambleyasının 14-cü sessiyasında Afrikada bərpa olunan enerji mənbələrinin tətbiqi müzakirə olunub

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatalada vətəndaşlarla görüşüb

Türkiyə XİN regiondakı son hadisələrlə bağlı bəyanat yayıb

® “Azercell” Böhran İdarəetmə Qrupu layihəsini elan edir

Nigeriya ordusu bir həftədə 192 terrorçunu məhv edib

“Aztelekom” tərəfindən Oğuz rayonunun 97 faizi yüksəksürətli internetlə əhatə olunub VİDEO

Latviyada yeni xarici işlər naziri təyin edilib

Azərbaycan və Britaniya yaşıl enerjiyə keçidi reallaşdıracaq kadrları birgə hazırlayacaq

Türkmənistan nəqliyyat marşrutları layihələrində daha fəal iştirak edəcək

® “Rabitəbank” müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir

Füzulidə keçirilən tibbi aksiyanın ilk günündə 100-dən çox sakin oftalmoloji müayinə olunub VİDEO

Məktəblilər uşaq yazıçısı Vüqar Haqverdiyevlə görüşüblər

Azərbaycan Rusiyadan ən çox taxta-şalban idxal edən 10 ölkə arasındadır

Bərdə, Ağcabədi, Ağdam və Tərtər rayonlarında dövlət qulluqçuları üçün təlimlər keçirilib

Qazaxıstan üç ayda 33 mindən çox avtomobil istehsal edib

Britaniyalı lord Azərbaycan-Britaniya əlaqələrindən danışıb

Xəzər dənizində tikinti məqsədləri üçün süni torpaq sahələri yaradılacaq

Ədliyyə işçilərinə və ailə üzvlərinə mənzil kirayəsi ilə bağlı pul kompensasiyası ödəniləcək

Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritet olub RƏY

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir

FHN: Sumqayıtda qanunsuz tikili sökülüb VİDEO

Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır

“Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

Tarix Muzeyində tədbir: Molla Nəsrəddin güldürür və düşündürür

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO