SİYASƏT


“ELS” Müstəqil Araşdırmalar Mərkəzi “exit-poll”un nəticələrini açıqlayıb

A+ A

Bakı, 26 sentyabr, Nihad Budaqov, AZƏRTAC

“ELS” Müstəqil Araşdırmalar Mərkəzi sentyabrın 26-da Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə bağlı keçirilən ümumxalq səsverməsi (referendum) zamanı həyata keçirdiyi “exit-poll” tədqiqatının nəticələrini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, mərkəzin rəhbəri İradə Yaqubova mətbuat konfransında “exit-poll”un 118 seçki dairəsinin 400 seçki məntəqəsində aparıldığını və gün ərzində intervüerlərin məlumatları saat 10:00, 13:00, 16:00, 18:00-da “ELS”in Qərargahına ötürdüklərini deyib. Bildirib ki, məlumatların toplanması prosesi normal keçib. Saat 18:00-da olan məlumata görə, səsvermə fəallığı 65,1 faiz olub.

Regionlarda olduğu kimi, paytaxtda da seçici fəallığı nəzərə çarpdığını deyən İ.Yaqubova seçicilərin tədqiqata böyük maraq göstərdiklərini və anketləri həvəslə doldurduqlarını vurğulayıb.

“Dövlət təhlükəsizliyi və müdafiəsinin təmin edilməsi ilə bağlı Konstitusiyaya təklif olunan dəyişikliklərə 90,2 faiz seçici müsbət, 9,8 faizi isə mənfi cavab verib. İnsan və vətəndaş hüquqları və azadlıqlarının təmin edilməsinə dair təkliflər 88,4 faiz seçici tərəfindən dəstəklənib. Seçicilərin 11,6 faizi isə bu təklifləri qəbul etmədiyini bildirib. Dövlət idarəetməsi sistemi və icra hakimiyyəti strukturunda islahatlarla bağlı təkliflərə 88,5 faiz seçici “Hə”, 11,5 faiz isə “Yox” deyib. Seçkili və təyinatlı vəzifələrin yaş məhdudiyyəti və səlahiyyət müddətinin dəyişdirilməsi ilə bağlı təkliflər 86,4 faiz seçici tərəfindən müsbət, 13,6 faiz tərəfindən mənfi qarşılanıb”, - deyə İ.Yaqubova qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.