Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

ENERJİ VƏ SU SEKTORLARINDA MALİYYƏ İNTİZAMININ GÜCLƏNDİRİLMƏSİ TƏDBİRLƏRİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları və su ilə təminatını yaxşılaşdırmaq və bu sahələrdə maliyyə intizamını gücləndirmək məqsədi ilə qərara alıram

1. “Enerji sektorunda maliyyə intizamının gücləndirilməsi Proqramı” təsdiq edilsin.

2. “Su sektorunda maliyyə intizamının gücləndirilməsi Proqramı” təsdiq edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti aidiyyatı nazirliklər və digər dövlət orqanları birlikdə enerji və su sektorlarında maliyyə intizamının gücləndirilməsi proqramlarında nəzərdə tutulan tədbirlərin tam həyata keçirilməsini təmin etsin.

4. Bu Sərəncam dərc olunduğu gündən qüvvəyə minir.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 mart 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin