DÜNYA
E.Nabiullina: Türk mallarının Rusiyaya göndərilməsinin inflyasiyaya təsiri güclü olmayacaq
Bakı, 13 oktyabr, AZƏRTAC
Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina hesab edir ki, türk mallarının Rusiya bazarına göndərilməsi ölkədə inflyasiyaya əhəmiyyətli təsir göstərməyəcək.
Bu barədə AZƏRTAC “RİA Novosti"yə istinadla xəbər verir.
"İnflyasiya baxımından bu, təsir edə biləcək amillərdən biridir. Lakin əhəmiyyətli dərəcədə olacağını düşünmürük. İnflyasiya bizim proqnozlarımıza müvafiq azalanadək vəziyyətə nəzarət edəcəyik. Ümid edirik ki, belə də olacaq", - deyə E.Nabiullina qeyd edib.
Xəbər verildiyi kimi, oktyabrın 10-da Rusiya hökuməti Türkiyədən kənd təsərrüfatı məhsullarını ölkə bazarına buraxmaq barədə qərar qəbul edib. Bildirilir ki, qanunla icazə verilmiş türk meyvələrinin mağazalara tədarükü bir həftədən sonra başlaya bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]
“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq
- 24.04.2024 [13:55]
İspaniya Baş nazirinin həyat yoldaşına qarşı istintaq başlayıb
- 24.04.2024 [13:05]
İlon Mask Hindistanda avtomobil zavodu tikilməsini təxirə salıb
- 24.04.2024 [12:07]
Artan dövlət borcu yükü Afrikanı yol ayrıcında qoyur - UNECA
- 24.04.2024 [11:57]
Moskva məhkəməsi Rusiya müdafiə nazirinin müavinini həbs edib
- 24.04.2024 [11:50]