SİYASƏT
ERMƏNİSTANDA PREZİDENT SEÇKİLƏRİNİN İKİNCİ DÖVRƏSİ MARTIN 5-DƏ OLACAQDIR
Ermənistan Mərkəzi Seçki Komitəsinin sədri Artak Saqradyan Rusiyanın “Novosti” agentliyinin müxbirinə bildirmişdir ki, prezident seçkilərinin ikinci dövrəsi martın 5-də keçiriləcəkdir.
Artak Saqradyan seçkilərdə iştirak edənlərin dəqiq sayı barədə də məlumat vermişdir. Belə ki, fevralın 19-da - birinci dövrədə 1milyon 464 min 93 nəfər iştirak etmişdir ki, bu da seçicilərin ümumi sayının 61,2 faizinə bərabərdir.
Dəqiqləşdirilmiş məlumata görə, ölkənin hazırkı prezidenti Robert Koçaryanın lehinə 707 min 155 nəfər (48,3 faiz) səs vermişdir. Xalq Partiyasının lideri Stepan Dəmirçyan 400 min 846 (27,4 faiz), üçüncü yerdə gedən Artaşes Geqamyan isə 247 min 360 (16,9 faiz) səs toplamışdır.