SİYASƏT


“EU Reporter”: Sorğu Azərbaycanda əsas narahatlığın işğal edilmiş ərazilərlə bağlı olduğunu göstərir

A+ A

Brüssel, 4 oktyabr, AZƏRTAC 

Avropa İttifaqı məsələlərini işıqlandıran “EU Reporter” xəbər portalında “Sorğu Azərbaycanda əsas narahatlığın işğal edilmiş ərazilərlə bağlı olduğunu göstərir” adlı məqalə yayılıb.

Məqalə ümumxalq səsverməsi ərəfəsində Azərbaycanda keçirilmiş rəy sorğusunun nəticələrindən bəhs edir.

Yazıda bildirilir ki, Nyu-York şəhərində yerləşən “Arthur J. Finkelstein & Associates” şirkətinin referendum ərəfəsində Azərbaycanda keçirdiyi sorğunun nəticələrinə əsasən, əhalinin 96,7 faizi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini ölkənin qarşısında duran ən mühüm məsələ hesab edir.

Məqalədə Azərbaycan xalqının böyük əksəriyyətinin Prezident İlham Əliyevi dəstəkləməsinə də münasibət bildirilir. Şirkətin icraçı direktoru Corc Birnbaum qeyd edir ki, Azərbaycan xalqının öz Prezidentini bu cür yüksək səviyyədə dəstəkləməsi təəccüblü hal deyil.

Yazıda, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixinə dair qısa məlumat verilir.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.