DÜNYA


“E-Ink” ekranlı çanta istifadəçinin daxil etdiyi şəkilləri göstərəcək

Bakı, 12 yanvar, AZƏRTAC

Başa çatan “CES 2017” istehlak elektronikası sərgisində maraqlı qurğulardan biri ABŞ şirkətinin nümayiş etdirdiyi qeyri-adi “POP-I” çantası olub. Adi çanta kimi görünən, rəng və formasına görə fərqlənməyən “POP-I” üst tərəfdə “E-Ink” ekranının yerləşməsi ilə seçilir. Displey istifadəçinin smartfondan fotoşəkil və ya sevimli şəkil kimi daxil etdiyi istənilən təsviri göstərir.

AZƏRTAC “4PDA” resursuna istinadən xəbər verir ki, çanta ekranına təsviri göndərmək üçün mobil əlavəni yükləyərək qovluqdan lazımi şəkli seçmək tələb olunur. Qurğuya qoşulma "Bluetooth" vasitəsilə həyata keçirilir. “POP-I”də quraşdırılan displeylər elastik və sınmazdır ki, bu da onları çantada istifadə üçün əlverişli həll edir.

İstifadəçilərə seçim üçün müxtəlif ekran ölçüsündə olmaqla iki versiyada tədarük ediləcək çantalar 10 düymlük və ya daha kompakt 4,7 düymlük variantda təklif olunur. Displey 30 günədək enerji toplamadan işləyə biləcək.

Dəri və kətan parçadan hazırlanacaq çantanın qiyməti 100-400 dollar arasında dəyişəcək. Tədarüklərə bu il başlamaq nəzərdə tutulur.

“E-Ink” adi çapın kağız üzərində imitasiyası üçün hazırlanan informasiya göstərmə texnologiyasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.