DÜNYA
Ebola virusuna qarşı vaksin klinik sınaqlardan uğurla keçib
Bakı, 27 noyabr, AZƏRTAC
ABŞ-da Ebola virusuna qarşı hazırlanmış vaksin ilk klinik sınaqlardan uğurla keçib. O, 20 könüllü üzərində sınanıb və müsbət nəticə əldə edilib. Yekunda hər bir pasiyentin immunitetinin Ebolaya qarşı antigen hasil etdiyi bəlli olub.
AZƏRTAC Vesti.ru saytına istinadla xəbər verir ki, sınaqlar zamanı qısamüddətli qızdırmadan başqa heç bir kənar təsir qeydə alınmayıb.
Bu uğuru alqışlayan Prezident Barak Obamanın dekabrın 2-də ölümcül xəstəliyə qarşı vaksinin hazırlandığı allergik və infeksion xəstəliklər üzrə milli instituta gələcəyi bildirilir. Barak Obama, həmçinin 2015-ci ildə virusla mübarizəyə əlavə büdcə vəsaiti ayırmaq üçün Konqresə müraciət etməyi də planlaşdırır.
Dünya Səhiyyə Təşkilatının son məlumatına görə Ebola qurbanlarının sayı 5,7 min nəfərə çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [17:22]
CFCM: Fransada islamofobiya halları son dərəcə artıb
- 19.04.2024 [16:43]
Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib
- 19.04.2024 [16:34]
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
- 19.04.2024 [15:55]
NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib
- 19.04.2024 [15:28]
Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb
- 19.04.2024 [15:00]