QAN YADDAŞI
Edinburqda Xocalı faciəsinin 23-cü ildönümü ilə bağlı yürüş keçirilib
Edinburq, 27 fevral, AZƏRTAC
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət” (“Justice for Khojaly”) beynəlxalq kampaniyası çərçivəsində Şotlandiyanın Edinburq şəhərində təhsil alan tələbələr tərəfindən aksiya keçirilib.
Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə təşkil olunan aksiyaya Edinburq və Heriott Vatt universitetlərinin tələbələri qoşulublar. Aksiya zamanı Edinburq sakinlərinə və xarici tələbələrə Qarabağ həqiqətləri və Xocalı soyqırımı haqqında məlumatları əks etdirən 500-dən artıq vərəqə paylanıb.
Edinburqda təhsil alan azərbaycanlı tələbələr ölkəmizlə bağlı həqiqətlərin çatdırılması istiqamətində məlumatlandırıcı tədbirlərin keçirilməsini davam etdirəcəklər.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri,
Edinburq