SİYASƏT
Edgars Rinkeviçs: Latviya Dağlıq Qarabağda “referendumu” tanımır
Riqa, 20 fevral, AZƏRTAC
Latviya Azərbaycan ilə açıq və konstruktiv siyasi dialoqu yüksək qiymətləndirir. Bunu AZƏRTAC-ın müxbirinə müsahibəsində Latviyanın xarici işlər naziri Edgars Rinkeviçs söyləyib.
Bu yaxınlarda Bakıya rəsmi səfərini şərh edən nazir bildirib ki, Azərbaycan ilə siyasi dialoqun intensivliyi prezidentlərimizin, deputatlarımızın və nazirlərimizin müntəzəm əlaqələri ilə təsdiq olunur.
Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində separatçı rejim tərəfindən “referendum” keçirilməsinin qanuniliyi barədə suala cavab verərkən E.Rinkeviçs deyib: “Latviya Dağlıq Qarabağda referendumun konstitusiya və hüquqi çərçivələrini tanımır. Latviya hesab edir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn prinsipləri əsasında dinc vasitələrlə həll edilməlidir”.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa