SİYASƏT


Edqars Rinkeviçs: Latviya Avropa İttifaqı ilə Azərbaycan arasında yeni sazişin imzalanmasını istəyir

A+ A

Bakı, 13 fevral, AZƏRTAC 

Latviya Avropa İttifaqı ilə Azərbaycan arasında yeni sazişin imzalanmasını istəyir.

AZƏRTAC xəbər verir ki, bu barədə Latviya Respublikasının xarici işlər naziri Edqars Rinkeviçs fevralın 13-də azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə keçirdiyi görüşün yekunlarına dair təşkil olunan mətbuat konfransında deyib.

Nazir bildirib: “Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər strateji əməkdaşlığa əsaslanmalıdır. Biz “Şərq tərəfdaşlığı” çərçivəsində Sammitə hazırlaşırıq. Çalışacağıq ki, Sammitə qədər bu sənəd imzalansın. Həmçinin Avropa İttifaqı ilə Azərbaycan arasında enerji və nəqliyyat sahəsində əməkdaşlıqda maraqlıyıq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.