DÜNYA
Efiopiya, Cibuti və Çin 4 milyard dollarlıq təbii qaz layihəsinə başlayır
Bakı, 23 iyul, Nihad Budaqov, AZƏRTAC
Efiopiya, Cibuti və Çinin birgə həyata keçirməsi planlaşdırılan 4 milyard dollarlıq təbii qaz layihəsi hər il Efiopiyadan Çinə 10 milyon kubmetr mayeləşdirilmiş təbii qaz-LNG ixracını nəzərdə tutur.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, layihə yaxın zamanlarda icra edilməyə başlanacaq. Layihə Cibuti və Efiopiya arasında inşa ediləcək təbii qaz boru kəməri, qazı mayeləşdirən zavod və Cibutinin Damerjog bölgəsində tikiləcək ixrac terminalından ibarətdir. Hər il 12 milyard kubmetr təbii qaz daşıyacaq layihə 700 kilometrlik bir boru kəmərində ibarət olacaq. Həmçinin layihə üzrə Efiopiya hər il Çinə 10 milyon kubmetr LNG ixrac edəcək.
Üç ildə həyata keçirilməsi planlaşdırılan layihəni Çinin “POLY-GCL Petroleum Group” şirkəti icra edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [20:29]
Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib
- 25.04.2024 [20:16]
Gürcüstan müxalifəti yeni mitinq elan edib
- 25.04.2024 [19:04]
Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 25.04.2024 [16:31]