İDMAN


Efiopiya Şahmat Federasiyasının prezidenti: Azərbaycan dünyanın aparıcı idman mərkəzinə çevrilib

A+ A

Əddis-Əbəbə, 16 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı səfirliyində Bakıda keçirilmiş 42-ci Ümumdünya Şahmat Olimpiadasında iştirak etmiş Efiopiya milli komandası ilə görüş təşkil olunub.

Görüşdə çıxış edən Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev ölkəmizin hər bir sahədə, o cümlədən idman sahəsində əldə etdiyi nailiyyətlərdən danışıb. O, Azərbaycanda müasir tələblərə cavab verən idman komplekslərinin inşa edildiyini söyləyib. Bakının ilk Avropa Oyunları, “Formula-1” Avropa Qran-prisi, Ümumdünya Şahmat Olimpiadası kimi dünya miqyaslı yarışlara ev sahibliyi etdiyi, 2017-ci ildə Azərbaycanda IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi bildirilib. Səfər bu böyük nailiyyətlərin əldə edilməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi rolunu vurğulayıb.

Efiopiya Şahmat Federasiyasının prezidenti Tsedeke Yehune Azərbaycan Respublikasını belə mötəbər tədbirə ev sahibliyi etməsi ilə əlaqədar təbrik edib. O, Bakıda olduğu zamanı Efiopiya milli komandasına göstərilmiş diqqət və qayğıya görə Azərbaycan tərəfinə dərin minnətdarlığını bildirib. Tsedeke Yehune mötəbər idman yarışlarına ev sahibliyi etməklə Azərbaycanın dünyanın aparıcı idman mərkəzinə çevrildiyini qeyd edib.

Tədbirdə, həmçinin Efiopiya milli komandasının rəhbəri və üzvləri çıxış edərək ölkəmizin inkişafını, mədəniyyətini və xalqımızın qonaqpərvərliyini yüksək qiymətləndiriblər.

Görüş Efiopiyanın aparıcı kütləvi informasiya vasitələrində işıqlandırılıb.

Аsya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əddis-Əbəbə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.