DÜNYA


Efiopiya paytaxtında 60 minlik möhtəşəm stadion

Bakı, 6 dekabr, AZƏRTAC

Efiopiyanın paytaxtı Əddis-Əbəbədə tikiləcək milli stadionun layihəsi ölkənin idman üzrə Federal komissiyasının keçirdiyi müsabiqənin qalibi olub.

AZƏRTAC “arxinovosti.ru” saytına istinadla bildirir ki, 60 min nəfərlik yeri olan bu möhtəşəm idman kompleksində futbolla yanaşı, yüngül atletika yarışları, konsertlər, dini və dövlət bayramları təşkil olunacaq. Burada həmçinin açıq və bağlı üzgüçülük hovuzları, müxtəlif idman yarışlarının keçirilməsi üçün zallar və arenalar, yataqxana da fəaliyyət göstərəcək.

Beynəlxalq Futbol Federasiyasının tələblərinə tam uyğun olan stadionun ərazisində ticarət zonalarının da yaradılması planlaşdırılır. Məqsəd stadiona ilboyu azarkeş axınını təmin etməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.