MƏDƏNİYYƏT


Efiopiyada UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyası işə başlayıb

A+ A

Bakı, 28 noyabr, AZƏRTAC

Noyabrın 28-də Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyası işə başlayıb.

Dekabrın 2-dək davam edəcək sessiyada ölkəmizi Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi Anar Kərimov, Efiopiyadakı səfirimiz Elman Abdullayev, UNESCO üzrə Milli Komissiyanın müşaviri Gülnarə Ağalarova, Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə və digər əməkdaşlar təmsil edir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, iclas çərçivəsində qeyri-maddi mədəni irsin qorunmasına dair müzakirələr aparılacaq və hesabatlar təqdim olunacaq. Ölkələrin təqdim etdiyi faylların, eləcə də Azərbaycanın təşəbbüsü ilə, Türkiyə, İran, Qazaxıstan və Qırğızıstan tərəfindən birgə hazırlanmış və UNESCO-ya təqdim edilən “Lavaş, Katırma, Jupka, Yufka - nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti”nin qurumun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilməsi haqqında qərar verilməsi gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.