SİYASƏT


Efiopiyalı tələbələr Ulu Öndərin çoxşaxəli fəaliyyəti barədə məlumatlandırılıblar

Əddis-Əbəbə, 11 may, AZƏRTAC

Mayın 10-da Efiopiyanın aparıcı təhsil ocaqlarından biri olan Dövlət Qulluğu Universitetində ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Müasir Azərbaycan respublikasının müstəqilliyinin qorunub saxlanılmasında, dövlətçiliyin möhkəmləndirilməsində və ölkəmizin davamlı inkişafının təmin edilməsində ümummilli lider Heydər Əliyevin rolu” mövzusunda mühazirə oxunub.

Tədbirdə Dövlət Qulluğu Universitetinin müəllim və tələbə heyəti, habelə universitetdə təhsil alan Afrika və digər xarici ölkələrdən olan tələbələr iştirak ediblər.

Əvvəlcə Dövlət Qulluğu Universitetinin nəzdində fəaliyyət göstərən Liderlik İnstitutunun direktorunun müavini Mebrehatu Voldu tədbir iştirakçıları qarşısında çıxış edib.

Səfir Elman Abdullayev ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətləri, keçdiyi şərəfli ömür yolu və siyasi fəaliyyəti haqqında ətraflı məlumat verib, dahi şəxsiyyətin həm SSRİ rəhbərliyində, həm də Azərbaycanda hakimiyyətdə olduğu dövrlərdə ölkəmizin inkişafında, müstəqilliyimizin və dövlətçiliyimizin möhkəmləndirilməsində, Azərbaycanın dünyada nüfuzunun artmasında misilsiz rolu olduğunu vurğulayıb. E.Abdullayev Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyasına uyğun olaraq, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli inkişafa nail olduğunu iştirakçıların diqqətinə çatdırıb. Həmçinin diplomat mötəbər beynəlxalq humanitar və mədəni forumlara, idman yarışlarına, o cümlədən bu günlərdə İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edən Azərbaycanın dünyada rolunun və nüfuzunun günbəgün artdığını qeyd edib.

Tədbirdə səfir tələbələrin suallarını cavablandırıb.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əddis-Əbəbə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.