DÜNYA


Egey dənizində ardıcıl baş verən iki zəlzələ Türkiyədə böyük vahimə yaradıb

İstanbul, 18 iyun, АZƏRTAC

Egey dənizində Rixter cədvəli üzrə 4,2 və 5.3 bal güclərində ardıcıl qeydə alınan iki zəlzələ bölgədə böyük vahimə yaradıb.

Rəsmi məlumata görə, birinci yeraltı təkan iyunun 17-də yerli vaxtla saat 22.33-də qeydə alınıb. 17 dəqiqə sonra əvvəlkindən daha güclü olan ikinci təkan Karaburun rayonunun ərazisində hiss olunub. Vətəndaşlar böyük vahimə ilə küçə və meydanlara axışıblar.

Dağıntı və tələfat yoxdur.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.