DÜNYA


Egey dənizinin Türkiyə və Yunanıstan sahillərində 6,3 bal gücündə zəlzələ baş verib

Bakı, 21 iyul, AZƏRTAC

Egey dənizinin Türkiyə və Yunanıstan sahillərində 6,3 bal gücündə zəlzələ qeydə alınıb.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, zəlzələ Türkiyənin kurort şəhəri Bodrumda və Yunanıstanın Kos adasında hiss olunub.

Yunanıstanda binanın uçması nəticəsində 2 nəfər ölüb, Türkiyədə isə 70 nəfər xəstəxanalara müraciət edib.

Zəlzələnin episentri dənizdə, Türkiyənin Bodrum şəhərindən 10,3 kilometr, Yunanıstanın Kos adasından isə 16,2 kilometr aralıda yerləşib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.